849451

 
Mirkazım SEYİDOV, 
ictimai-siyasi xadim, diaspor fəalı,
Böyük Dayaq Partiyasının Təşkilat Komitəsinin sədri.         
 Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günüdür. Artıq bu Dahi Rəhbərin vəfatından 17 il ötür. Düz 17 ildir ki, xalqımız bu yoxluğun çətinliyini çəkir; Məhz ona görə ki, Ulu  Öndər öz xalqının dünənini, bu  gününü və gələcəyini fikirləşən, onun  xöşbəxt gələcəyi naminə dünənki və bu günkü problemlərinin aradan qaldırılması naminə çalışmaqdan, bir sözlə, bu istəklə, bu amalla misilsiz və təmənnasız xidmət göstərməkdən rahatlıq tapan çox nadir tarixi şəxsiyyət idi. Bütün bunlar həmişə göz qabağında olduğundan, elə, tarixin səhifələrinə yazılıb da. 
Öz gücünü öz xalqının sevgisindən alan bu Alicənab İnsan, onun mənafeyi naminə, qarşısına çıxan hər bir çətinliyə dözməyi də bacardı. 1969- cu ildən başlayaraq, yaşadığı qalan ömür illərini  xalqının mənafeyi üçün bağışlayaraq, onun rifahının gündən-günə yaxşılaşması istiqamətində  müstəsna xidmətlər göstərməyi həyat amalına çevirdi. Məhz buna görə də, ötən əsrin 90-cı illərinin  əvvəllərində, Böyük Yaradan bu Dahi İnsanı yenidən Xilaskar Rəhbər olaraq, xalqına ilahi bir töhfə kimi göndərdi. Ölkədə hərci-mərcliyin,  özbaşınalığın hökm sürürdüyü o çətin vaxtlarda, onun ölkəsinin və xalqının taleyi naminə etdikləri misilsiz oldu. Ən əsası odur ki, artıq, mənfur qüvvələr tərəfindən başladılan və qızışmaqda olan vətəndaş müharibəsinə belə tezliklə son qoyuldu. Konkret desək, məhz  Heydər Əliyevin  hakimiyyətə qayıdışı ilə, ölkəmizdə hər şey  yaxşı istiqamətdə dəyişməyə başladı. Elə, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində də, mustəqil Azərbaycanımız davamlı inkişaf mərhələsinə qədəm qoydu. Qısa bir zaman kəsiyində milli dövlətçilik ənənlərimiz möhkəmləndi və elə bu da, hətta Azərbaycanın beynəlxalq nüfuzunu bütün istiqamətlərdə formalaşdırdı. Beləcə, doğma Azərbaycanımız beynəlxalq siyasi arenada iqtisadi cəhətdən güclü dövlətlər sırasında özünə layiqli yer tutdu.    
Təbii ki, bütün nailiyyətlərimizin və uğurlarımızın əsas və başlıca səbəbi də Heydər Əliyev siyasi kursunun uğurlu  davamı nəticəsində əldə edildi. Düzdür, çoxdandır ki, hakimiyyətdə məmur özbaşınalığı kimi neqativlik mövcuddur və belə xoşagəlməz hallar xalq arasında hədsiz narazılıq yaradır. Belə neqativ hallar ayrı-ayrı dövlətlərdə daxili sabitliyin  pozulmasına gətirib çıxara bilən başlıca səbəb olur. Elə, ölkə Prezidenti cənab İlham  Əliyev və  Birinci vitse-prezident Mehriban xanım Əliyeva da, məmur özbaşınalığına son qoymaq üçün, Ulu Öndər vəziyyətlərini əldə rəhbər tutaraq, bu istiqamətdə əsaslı islahatlara başladılar.  Onların bu nəcib işlərində biz hər birimiz  vətəndaş mövqeyi nümayiş etdirməli və  onları dəstəkləməliyik. Heydər Əliyev irsinin zənginliyinə inamım çox olduğu üçün, tam əminəm ki, onlar başladıqları bu  islahatları uğurla başa vuracaq, sosial  ədalət və bərabərlik prinsiplərini daha da  möhkəmləndirəcək, eyni zamanda, Ulu Öndərdən miras qalan Xalq — Hakimiyyət birliyini daim qoruyub saxlaya  biləcəklər.WhatsApp Image 2020 12 12 at 04.55.19  
Hazırda böyük millətimiz, bütün dünya azərbaycanlıları Vətən Müharibəsindəki tarixi qələbəmizin böyük sevincini yaşayır. Elə, Ali Baş Komandanımız İlham Əliyev cənablarının siyasi iradəsi ilə bərabər, onun hakimiyyət kürsüsündə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi də, bu sevinci bizə bəxş edən əsas səbəb oldu. Ulu Millətimizin milli birliyi, qudrətli və şanlı Ordumuzun şücaəti ilə, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad  edilərək, ölkəmizin ərazi bütövlüyü təmin edildi. 44  günlük uğurlu Vətən Müharibəsi işğalçı Ermənistanı kapitulyasiya aktını   imzalamağa məcbur etdi. Eyni zamanda, vaxtilə Ulu Öndərdən layiqli dərs almaqla, onun layiqli varisinə çevrilən Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev cənabları dünya siyasi arenasında, super güc dövlətləri qarşısında yeni reallıqlar ortaya qoymaqla bərabər, əsrlər boyu davam  edən erməni yalanlarını, uydurmalarını  məhv edərək, iflasa uğratdı. Digər tərəfdən, dünyanın bir çox dövlətlərində erməni lobbiçilərinin himayəsində və əlində olan, Azərbaycana qarşı davamlı şəkildə informasiya müharibəsi aparan media resurslarının yalanlarını, qərəzli mövqelərini üzə çıxararaq, onları ifşa edib, sarsıda bildi. Təbii ki, bu parlaq Zəfər qələbəmiz, həm də iqtidar, xalq və ön cəbhədə yenilməzlik nümayiş etdirən Milli Ordumuzun vəhdət təşkil edən birliyinin  nümayiş etdirilməsiydi ki, bu da, Ulu Öndər  siyasətinin üğürlü nəticəsi kimi  qiymətləndirilib, tarixə yazıldı. 
Mənim üçün müqəddəs olan bu Anım günündə, Ulu Öndərlə bərabər, Vətən Müharbəsində şəhid olanlarımızın ruhları  qarşısında da baş əyirəm. Çünki onlar da Heydər Əliyev vəsiyyətlərinə əməl etməklə, bu Tarixi Böyük Qələbəni qazana bildilər. Elə, bunlara görə də, ruhun şad olsun, Ulu Öndər! Bütün dünya azərbaycanlıları, bütün Türk Dünyası, səninlə, məhz əldə etdiyimiz belə uğurlarımıza görə fəxr edir!

araz.az xəbər portalı.