Ermənistanın məğlubiyyəti ilə bağlı gizli söhbətin audioyazısı yayılıb
Asiya.az xəbər verir ki, internetdə Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan və komandir Ruslan İsrailyanın telefon danışığının audioyazısı yayılıb.
İsrailyan Ermənistan KİV-lərinə verdiyi müsahibədə səs yazısının mətbuata sızdığına görə təəssüfünü ifadə edərək, həqiqiliyini təsdiqləyib.
Danışığın məzmunu belə olub:
-Ruslan: İstənilən halda bunu televiziyada deməməliydim.
-Araik: Əksinə! Qoy onlar bilsinlər, ağıllansınlar və bir neçə saat ərzində müharibəni dayandırsınlar. Bəsdir bu dövlətin kələkbazlıqları. Gözləyək ki, Stepanakerti (Xankəndini nəzərdə tutur-red.) götürsünlər?
Ruslan: Ara, əgər onlar oradan sənə mane olurlarsa, biz gedib onlarla haqq-hesab çəkək, məsələni həll edək. Onlar da Qarabağ istəyirsə, gedək hamısının başını kəsək.
Ruslan: Onlara izah edin. İzah edin ki, biz ora gəlsək hamısının başını kəsəcəyik – Nikolun, arvadının, hamısının.
Araik: Bu gün mən ona dedim ki, mənə adamlar ver, Stepanakerti müdafiə edim.
Ruslan: O, adamları verir?
Araik: Tamamilə 26 mənasızı.
Ruslan: Onik nə deyir? (Ermənistan SQ-nin baş qərargah rəisi Onik Qasparyanı nəzərdə tutur-red.)
Araik: (26 ilə bağlı davam etdirir) Bu gün öndən vurub arxadan çıxa bilirlər. (Oniklə bağlı cavab verir) Nə?
Ruslan: 26-da bizim adamlar var?
Araik: Bizim orada 42 nəfərimiz var. 42 nəfərlə necə müqavimət göstərə bilərsən? Biabırçı vəziyyətdir.
Ruslan: Əsas artilleriyadır. Onların haradan gəldiklərini öyrənib başını qatmaq olar. Piyada ilə müdafiə olunmaq çətindir.
Araik: Onlar artıq Şuşaya çatıblar. Artilleriyanı harada istifadə edəcəyik? Döyüşərək Şuşaya çatdılar.
Ruslan: Mən dünən zəng etdim, dedim bir kalon qalxır, Zarıslı tərəfə döndülər, birbaşa Şuşaya qalxdılar. Amma hamı susur, heç kim heç nə etmir.
Araik: Ara, mən artıq 40 dəfə demişəm, yoxdur, qurtardı. Heç nə yoxdur, hər şey bitdi. Mən nə edə bilərm. Artilleriya yox, heç nə yox. Mən nə etməliyəm? Qoy özləri Stepanakertə getsinlər və desinlər ki, nə üçün deməmisiniz? Biz hamımız həyəcanlıyıq, bütün millət həyəcanlıdır.
Kimsə kənardan: Ara yazma, denən yazmasın. Belə şeyləri yazmaq olmaz.
Ruslan: Qısası, görsən kimsə sənə mane olur, mənə xəbər ver.
Araik: Mən sənə sonra yenə zəng edəcəm.
Ruslan: Mən yuxarıdayam, yaxşı.
Araik: Oldu, mütləq deyəcəm. Hələlik.
Ruslan: Hələlik.
Cebhe.info
araz.az xəbər portalı.