Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.
Məlumata görə, RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.
Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır/Report.
Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
araz.az xəbər portalı.