“Güc qazanmalı, həqiqət yolunu tapmalı və əbədiyyətə getməliyik, amma hamı başa düşür ki, bu, son müharibə deyil”.
Qaraqoyunlu.com xəbər verir ki, bu sözləri Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
O, çıxışı zamanı Ermənistanla Rusiya arasındakı dostluq əlaqələrinə də toxunub:
“Dostluq vacibdir, amma hər şeydən əvvəl səhvlərimizdən nəticə çıxarmalıyıq. Hər uğursuzluq yeni bir yüksəlişin başlanğıcıdır, ancaq bu yeni yüksəliş ölkəmizin düşmənlərinin olmadığı zaman baş verəcək”.
“Parlaq Ermənistan” partiyasının lideri, parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan isə Rusiyaya təşəkkür edib:
“Bu gün kövrək bir barışa sahib olduğumuz bir vəziyyətdəyik və bu zərif barışı nəyin bahasına olursa olsun qorumalı, daha güclü olmalıyıq. Bəli, çox güclü bir zərbə aldıq, amma yenə də ayağa qalxıb irəli getməliyik. Bütün bunlarda rus xalqı böyük rol oynayır və mən onlara təşəkkür etmək istəyirəm, əvəzsiz böyük töhfəsinə, səylərinə və Ermənistan ərazilərinin qorunmasına görə Rusiyaya təşəkkür edirəm”.
Haşiyə: Özlərinə təskinlik verən ermənilər baş nazirləri Paşinyan kimi ağıllarına gələni danışırlar. Unudurlar ki, Putin müharibəni erməniləri xilas etmək üçün yox, Qərb dünyasında yoxa çıxan imicinin formalaşması üçün dayandırıb. Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan bayrağı yüksələndə onsuz da ermənilərin çoxu torpaqlarımızdan çıxıb gedəcək. Yaşamaq üçün Çar Rusiyasının və SSRİ-nin onlar üçün Azərbaycandan qoparıb verdiyi əraziləri var.
Babək Göyüş
araz.az xəbər portalı.