Laboratoriya tədqiqatları zamanı amerikalı alimlər iki dəqiqə ərzində koronavirusu 99,9 faiz məhv etməyin yolunu tapıblar.
Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, sink və qalay ilə diş məcunlarının belə bir zamanda virusu zərərsizləşdirməyə qadir olduğu ortaya çıxıb. Üstəlik, ağız boşluğu üçün nəzərdə tutulan setilpiridinium xlorid onu yarım dəqiqədə təsirsiz hala gətirə bilir.
Proqramın məqsədi koronavirusun ağıza qulluq məhsulları ilə yayılma sürətinin azaldılmasının mümkün olub-olmadığını müəyyən etmək idi.
Nəticələr diş məcunu və ağız yuyucusu istifadə edən 260 COVID-19 xəstəsində aparılan araşdırmalarda sübut edilib.
araz.az xəbər portalı.