“Bizim qardaş Türkiyə ilə münasibətlərimizdə və ya mədəniyyət sahəsindəki əlaqələrimizdə qəribə və təəccüblü anlaşılmazlıqlar, ziddiyyətlər var”.
araz.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı bildirib ki, Bakıda keçirilən Zəfər qutlamalarında Türkiyə Cümhuriyyətinin Cümhur Başkanı sayın Rəcəb Təyyub Ərdoğanın Azadlıq meydanında keçirilən paraddakı parlaq çıxışını bütün Azərbaycan hörmətlə dinlədi və hamı da başdan sona hər şeyi başa düşdü: “Ərdoğan türkcə danışdı. Amma nədənsə, bizim türk filmlərini televiziyalarda nümayiş etdirənlərimiz və onların “milli ideologiya” adına ayrımçılıq yapan böyükləri bu filmləri başa düşmürlər və azərbaycancaya tərcümə edirlər. Bu məntiqlə yanaşsaq gərək Ərdoğanın çıxışını də tərcümə etdirəydik. Ayıbdir, vallah! Türk əsgərini başa düşürsən. Türkiyənin dövlət başçısını başa düşürsən, amma “Diriliş Ərtoğrulu” başa düşmürsən”.
araz.az
araz.az xəbər portalı.