bandicam 2020 12 13 12 10 36 331

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə işğal olunmuş ərazilərini işğaldan azad etdi. Nəticədə 2783 əsgər və zabitimiz şəhid oldu. Döyüşdə yaralanan qazilərimizin böyük bir qismi isə hələ də müalicə olunurlar. Şəhid olmuş şəxslərin məzarüstü abidələrinin abadlaşdırılması bilavasitə yerli icra orqanlarının vəzifəsidir.

Şəhid ailələrindən BAXAR.AZ-a daxil olan məlumata görə hər bir şəhidin məzarının abadlaşdırılması üçün bir sıra yerli icra hakimiyyətlərindən 500-1000 manat məbləği arasında pul tələb olunur. Mənbə bildirir ki, eyni hal Bərdə rayonunda da baş verib. Belə ki, rayonun axundu olan Ramazan adlı şəxs şəhid ailələrindən bu məqsədlə Bərdə RİH-nin adından 1000 manat məbləğində pul istəyib. Şəhid ailələri hüquq-mühafizə orqanlarına şikayət etdikdən və Bərdə RİH-nin inzibati binasının önünə toplaşdıqdan sonra pul tələbi dayandırılıb. 

Daha bir şəhid ailəsi BAXAR.AZ-a bildirib ki, Şabran rayonunda şəhidin məzarının bir hissəsi qara rəngdə kafel-metlaxdan hazırlanıb.

Ölkədə bu cür özbaşınalıqların baş verməsi isə tək şəhid ailələrini yox, ölkə ictimaiyyətini narahat edir.

Məqalədə adı keçən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Fərid İMRAN
BAXAR.AZ

araz.az xəbər portalı.