Bu dəqiqələrdə Ermənistanın Baş naziri Nikol Paşinyan təcili iclas keçirir.
araz.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Armlur.am” saytı məlumat yayıb. Sayt qeyd edib ki, iclasda Hadrut bölgəsindəki vəziyyət müzakirə olunur. Mənbənin verdiyi məlumata görə, Partiyanın təcili toplanmağı Paşinyanı vaxtından əvvəl istefaya göndərməklə bağlıdır.
Qeyd edək ki, “Telegram” kanallarında İrəvanın mərkəzinə zirehli texnikaların toplanmasının görüntüsü yayılıb.
Erməni mediası bu gecə Paşinyan üçün sonuncu ola biləcəyini yazır.
araz.az
araz.az xəbər portalı.