1607794677 rus sulhmeramli 5

Dağılmış mənzillərin bərpası və digər problemlərin həlli üçün Rusiyadan Dağlıq Qarabağa yenidən humanitar yardım göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzi bildirir ki, 11-14 dekabr tarixləri arasında dinc əhaliyə Rusiyanın 8 şəhərindən ümumilikdə 54 vaqon humanitar yardım göndəriləcək.

11 dekabrda Tixoretsk və Ulyanovskdan 4 avtomobil göndərilib. 12 dekabrda Moskva, İvanovo və Ufadan da daşınma həyata keçirilib.

Yükə tikinti materialları, elektrik stansiyaları, yanğın tankerləri və ev əşyaları daxildir. Yüklərin ümumi çəkisi 1200 tondur.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirir ki, humanitar yardımın ilk partiyalarının çatdırılması soyuq havalar başlamazdan əvvəl dağılmış mənzillərin bərpasına başlamaq üçün hava və yol nəqliyyatının köməyi ilə dərhal həyata keçirilib. “İndi işlər planlaşdırılmış mərhələyə keçib və bu səbəbdən də dəmir yolu nəqliyyatı prosesə cəlb edilib”, – FHN-nin məlumatında bildirilir.

Humanitar yardımın çatdırılması Rusiya Federasiyası Prezidenti və Hökumətinin təlimatlarına uyğun olaraq həyata keçirilir.

Reyting.az

araz.az xəbər portalı.