Azərbaycan əsgərləri Ermənistanın Qafan rayonuyla sərhəddə səsgücləndiricilər vasitəsilə ermənilərə səslənərək, ölkəmizin ərazilərindən dərhal çıxmağı tələb ediblər.
araz.az Ovqat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Zəngəzur əyalətinin qubernatoru Melikset Poqosyan bildirib.
Melikset Poqosyanın bildirdiyinə görə, gərginlik Ağarak kəndi yaxınlığında baş verib.
Bu gün Ermənistan baş naziri Nikol Paşinyan da eyni məsələyə münasibət bildirib. O qeyd edib ki, yaxın vaxtlarda Zəngəzur vilayəti, xüsusilə Qafan bölgəsi ilə həmsərhəd olan Qubadlı və Zəngilan rayonları ilə bağlı qərarlar qəbul etmək lazımdır. Onun sözlərinə görə, “Qubadlı və Zəngilan “Arsax” ətrafındakı təhlükəsizlik zonasına daxil idi, müharibənin nəticələrinə görə oralar Azərbaycan Silahlı Qüvvələrinə qaytarıldı. Lakin kiçik bir sahəni Ermənistan tərəfi qoruyub saxlamışdı. Bu yer sərhəddən təxminən 20 kilometr aralıdır. İndi burada demarkasiya və delimitasiya aparmaq lazımdır”.
Baş nazir bu istiqamətlərdə müəyyən gərginliyin meydana çıxacağını da istisna etməyib.
Erməni rəsmilərin sözlərinə görə, hazırda həmin ərazi yaxınlığındakı hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilib və “onlar gücləndirilmiş iş rejimindədirlər”.
araz.az xəbər portalı.