silah.jpg

PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG silahlı birləşməsi Novruz bayramı ərəfəsində Türkiyənin Adana şəhərində terror aktı törətmək istəyib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Adana Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinə məlumat daxil olub. Həmin andan etibarən polislərin keçirdiyi əməliyyatlar nəticəsində bir həftə müddətində 47 nəfər saxlanılıb. 20 mart tarixində isə terror həyata keçirəcək qrupun Dağlıoğlu məhəlləsində kanal kənarında silah-sursatlarının olduğu məlum olub.

Həyata keçirilən əməliyyat nəticəsində 5 ədəd “Kalaşnikov” silahı, 88 daraq və onlara aid 32 mərmi,17 əl bombası aşkar edilib.

Polis hazırda sözügedən silahları Türkiyəyə gətirən şəxsləri axtarır.


araz.az xəbər portalı.