1607951497 82449309 2037 48cb 8702 8a8e1bfb8677 850

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Nazirlikdən Reyting.az-a verilən xəbərə görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

araz.az xəbər portalı.