1608021329 download 6

Noyabrın 25-də müzəffər Ordumuzun və Ali Baş Komandanın peşəkar diplomatiyası hesabına 28 il sonra düşmən işğalından azad edilən Kəlbəcərin məmurlarından, xüsusən təhsilindən şikayətlər gəlməkdədir.

Belə ki, Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazil Zeynalovun fəaliyyətindən elə qandonduran nüanslar, qanunsuzluq faktları açıqlanır, adam heyrətə gəlir.

Hətta Bin Ladeni, ya da İŞİD liderini təhsil şöbəsi təyin etsəydilər, bu miqyasda, bu səviyyədə özbaşınalıqlara, talançılığa, saxtakarlıqlara imza atmazdı. Ancaq heç nədən qorxmayan, hansısa qüvvələrə arxalanan F.Zeynalov Kəlbəcərin təhsilini darmadağın, talan etməkdədir.

Ötən il RTŞ müdiri təyin edilməsinə baxmayaraq, nə təhsil naziri Emin Əmrullayevin, nə müvafiq orqanların onun fəaliyyətindən xəbəri var.

Odur ki, sizə təqdim edəcəyimiz faktlardan F.Zeynalovun Kəlbəcər təhsili hansı günə qoyduğuna agah olacaqsınız, yaxın oturun…

Xeberfakt.az-a daxil olan müraciətdə Kəlbəcərin 31 saylı tam orta məktəbinin müəllimi, Qəbələ rayonu Zarağan 2 köçkün şəhərciyində məskunlaşmış İsmayılov Kamil Allahverdi oğlu şok faktlar açıqlayıb.

Baş Prokuror Kamran Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə rəisi Nazim Rəcəbova yazan K.İsmayılov Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Fazil Zeynalovun əməllərindən bəhs edib.

K.İsmayılovun dediyinə görə, təhsil şöbəsi müdiri özünün, oğlunun, həyat yoldaşının təhsildə işləmələri ilə yanaşı onların saxta əməllərə əl

ataraq dövlətimizə, xüsusən Azərbaycan təhsilinə necə zərbə vurmalarına şərait yaradıb.

“Kəlbəcər təhsil şöbəsinin müdiri Fazil Zeynalovun əvvəllər bir müəllim kimi çalışmasında nümunəvi, yaddaqalan addımları olmayıb.

O, Kəlbəcər təhsilində və el arasında savadsız, bacarıqsız, saxtakar bir şəxs kimi tanınır. Bu şəxsi Kəlbəcər camaatı mal-qoyun alverçisi kimi tanıyır”, – məktubda belə deyilir.

Müraciət müəllifi qeyd edir ki, Kəlbəcər RTŞ şefi R.Zeynalovun Bərdə rayonunda fermaları fəaliyyət göstərir:

“Ona görə Fazil Zeynalov məktəblərə ferma gözündə baxır. Fazil Zeynalov dolayı yolla Kəlbəcər rayon Başlıbel kənd icra nümayəndəsi işləməsinə baxmayaraq, 1997-ci ildə qanunsuz əməllərinə görə Kəlbəcər rayon i̇cra başçısı Sahib Əkbərov onu tutduğu vəzifədən azad edib.

Bir neçə ildən sonra Vidadi Məhərrəmov başçı təyin olunub və Zeynalov yenidən fəallaşıb, təhsil şöbəsində işə qəbul olunub.

Başçının xüsusi qərarı ilə işdən azad edilməsi naməlum səbəblərdən Zeynalova dur deyə bilməyib.

Kəlbəcər rayon təhsilinin qara günləri başlayır, evdətəhsilə cəlb olunan (bəzi uşaqların, hansı ki, evdətəhsilə uyğun deyil) şagirdlərin xəstəlik sənədləri saxtalaşdıraraq təhsilə cəlb edilirlər.

Həmin xəstə şagirdlərin dərs saatlarını 400 manatdan başlayaraq hərraca çıxarılaraq satılır, necə ki, işlədiyim 31 saylı məktəbdə olduğu kimi…”

Şikayətçi qeyd edir ki, hazırda Kəlbəcər rayon Təhsil Şöbəsinə aid 109 ümumtəhsil məktəbləri fəaliyyət göstərir: “Bu məktəblərin çoxu “papka” məktəblərdir, həmin məktəblərin heç bir şəraiti yoxdur.

Demək olar ki, şagird sayı siniflərin təşkilinə imkan vermədiyi halda saxta siniflər açmaqla dərs saatları əldə edirlər, saxta ştatlar açılır,

xüsusən 90% məktəblərdə heç bir şərait və avadanlıqlar olmadan saxta laboratoriya ştatları (8-saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanovla əlbir olaraq) sayəsində külli miqdarda dövlət vəsaitini mənimsəyirlər”.

Xeberfakt.az K.İsmayılovun məktubuna istinadən onu da qeyd edir ki, Fazil Zeynalovun həyat yoldaşına məxsus 101 saylı Kəlbəcər rayon tam orta məktəbi (Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən) sanki bir özəl məktəbə çevrilib:

“Gəncə şəhərində yaşayan 101 saylı tam orta məktəbin direktoru Zeynalova Mehparə Müslüm qızı 27 ildir ki, Gəncə şəhərindəki iqamətgahından telefonla məktəbi idarə edir.

Həmin məktəbdə saxta siniflər, ştatlar, saxta evdətəhsil, heç bir şərait olmadığı halda laboratoriya ştatları açılaraq mənimsəmələrə yol verilir. Fazil Zeynalovun fərari oğlu (guya doğuş zamanı baş-beyin travması alıb) saxta tibb sənədləri düzəltdirərək ordu sıralarından boyun qaçırıb, amma orduda xidmət etmədiyi halda 101 saylı tam orta məktəbində (anasına məxsus məktəbdə) neçə illər hərbi hazırlıq müəllimi işləyir.

Saxtakarlığın dərəcəsinə fikir verin, II qrup xəstə, hərbi xidmətdə olma, sağlamlıq arayışı əsasında məktəbdə hərbi müəllimi işləmək, bu saxtakarlıq təhsilimizi, səhiyyəmizi, yenilməz hərbimizi Fazil Zeynalov tərəfindən ələ salmaq kimi başa düşməkdən başqa bir şey deyil”.

Prokurorluğa yazan Kəlbəcər sakini bütün bu detalların araşdırılmasını xahiş edir: “Zeynalov keçən il nəsə fikirləşərək Gürcüstandan oğluna saxta diplom əldə etməklə onu hərbi rəhbərlikdən çıxarıb 101 saylı tam orta məktəbində “Uşaq Yaradıcılıq Birliyinə” rəhbər təyin etdi.

Kəlbəcər rayon 104 saylı məktəbin direktoru (Bərdə rayon Cəyirli kəndində yerləşən) Zeynalov Qələndər Şamil oğlu, Fazil Zeynalovun qardaşı yuxarıda göstərilən faktlar həmin məktəbdə də öz əksini tapıb.

Bir sözlə, Fazil Zeynalov və 8 saylı ƏMHM-nin rəisi Fərahid Qəhrəmanovla əlbir olaraq Kəlbəcər rayon ümumtəhsil məktəblərinə özəl ticarət obyektləri kimi baxırlar.

Yuxarıda göstərilən faktlar təhsildə mövcud olan bütün növ faktların 20-30%-ni təşkil edir, əgər məktəblərdə düzgün araşdırmalar aparılsa daha ciddi qanun pozuntuları aşkarlanacaq”.

Bu ittihamlarla bağlı yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə, işıqlandırmağa hazırıq. Ümidvarıq ki, aydınlıq gətiriləcək

araz.az xəbər portalı.