Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini tutduğu vəzifədən azad edib.
Xeberle.com-un məlumatına görə, nazir Muxtar Babayevin əmri ilə 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsinin rəisi Mübariz Vəliyev tutduğu vəzifədən azad edilib. M. Vəliyev 2016-cı ildən bu vəzifəni tuturdu.
Onun yerinə təyinat olmayıb və rəis vəzifəsinin müvəqqəti icrası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırova tapşırılıb.
Qeyd edək ki, 4 saylı Ekologiya və Təbii Sərvətləri İdarəsi Sumqayıtda yerləşir. İdarə Xızı, Abşeron, Qobustan rayonlarını və Sumqayıtı şəhərini əhatə edir.
Xədicə Səxavətqızı
araz.az xəbər portalı.