1608021090 20201215 122956

Son vaxtlar ölkəmizin ayrı-ayrı sahələrində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər və s. baş qaldırmaqdadır. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası,​ üzərinə düşən vəzifəsinin öhdəsindən gəlməyə borclu olan vəzifə sahiblərindən bəzilərinin, məhz qanunun tələblərini tapdaqlar altına atmaları olur. 

Məsələn, bugünlərdə GundemXeber.Az saytının redaksiyasına ​ üz-üzə qaldığı problemin varlığı səbəbindən ərizə ilə müraciət edən və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 20/22, mən-71 ünvanında qeydiyyatda olan, hal-hazırda isə müvəqqəti olaraq​ Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov-84, mən-29 ünvanında yaşayan Məmmədov Əli Müslüm oğlu yazır ki, “Mən​ gənc yaşımda ali təhsil alıb radio-mühəndisi ixtisasına sahib oldum və təyinatla Azərbaycan Respublikasının Rabitə Nazirliyinin nəzdindəki “trest”də 1977-ci ildən 1980-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul oldum. Az sonra göndərişlə “Partşkola”da ali təhsil aldım və 1985-ci ilin tamam olmasına bir neçə ay qalmış müddətə kimi Dövlət Plan Komitəsində şöbə müdiri vəzifəsini daşıdım. Adı çəkilən bu dövlət qurumunda vəzifə sahibi olduğuma görə, dövlət qulluqçusu hesab olundum. Qeyd edim ki, 1985-ci ildə təkrar Rabitə Nazirliyində əmək fəaliyyətinə başlamalı oldum və bu nazirlikdə 1998-ci ilə kimi işlədim. 1998-ci ildə təqaüdə çıxdıqda mənə adi pensiya verdilər. Bir qədər vaxt keçdikdən sonra mənə məlum oldu ki, Rabitə Nazirliyində və Dövlət Plan Komitəsində işlədiyimə görə, mən dövlət qulluqçusu hesab olunmalıyam və buna görə də pensiya almalıyam.

​ ​ ​ ​ Əslində bu heç də belə olmadı və təqaüdə çıxdıqdan sonra mənə adi pensiya verdilər. Bununla bağlı 2017-ci ildə Dövlət İmtahan Mərkəzi lazımi araşdırmalar aparıb müəyyən etdi ki, mənim 12 il 1 ay 11 gün iş stajım var. Əldə etdiyim belə bir sənədləri ƏƏSMN –nə təqdim etsəm də, onlar həmin sənədləri qəbul etmədilər və mənimlə bağlı olan sənədləri 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərdilər. Məhkəmə araşdırması zamanı 17 il iş stajımın olması haqda qərar qəbul olundu və qəbul olunmuş qərarı ƏƏSMN –nə göndərdilər. Çox keçmədi ki, Nazirlik əməkdaşları çıxarılmış qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdilər. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı ləğv etdi və iş stajımın 12 il 1 ay 11 gün olması haqda yeni bir qərar qəbul etdi. Bu qərarı ƏƏSMN –i qəbul etsə də, əslində mən onu qəbul etmədim və Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdim. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və 17 il iş stajımın olması haqda qərar qəbul edib, iş materiallarını Bakı Apellyasiya Məhkəməsinə göndərdi və onu da tövsiyyə etdi ki, Məmmədov Əli Müslüm oğlunun Rabitə Nazirliyində hansı müddətdən hansı müddətə kimi işləməsi faktı tam dəqiqliklə araşdırılsın. Hətta, bununla bağlı Mərkəzi Arxiv İdarəsi arayış verib təsdiq etdi ki, Məmmədov Əli Müslüm oğlu ​ Rabitə Nazirliyinin işçisi olub. Bütün bunlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi heç bir əsas olmadan olub-qalan iş stajımı ləğv etdi. Belə olan halda təkrar Ali Məhkəməyə kassasiya şikayəti verməli oldum və bu dəfə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və mənim 12 il 1 ay 11 gün iş stajım olması haqda yeni bir qərar qəbul etdi. ƏƏSMN –i Ali Məhkəmənin bu qərarını da qəbul etmədi və çıxarılmış qərardan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə təkrar şikayət verdi. Bu yöndə verilmiş şikayətə baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi 12 il 1 ay 11 gün iş stajımın olması haqda qərar qəbul etdi və Nazirliyə rəsmi məktub da ünvanladi. Məktubda qeyd olunmuşdur: “Bu qərarı qəbul etməyəcəyiniz təqdirdə, qarşı tərəf olaraq sizi 50 min manat məbləğində cərimə edə bilərik”.

​ ​ ​ Bu kimi halların varlığına baxmayaraq, hal-hazırda Nazirliyin Xətai rayon şöbəsində mənimlə bağlı hesabatı düzgün hesablamırlar və mənə aid olan sənədlər Dövlət Sosial Fondunun şöbə müdirindədir. Yəni, hansısa səbəbdən Nazirlik əməkdaşları mənim Dövlət Plan Komitəsində işləməyimi nəzərə almırlar və çalışdığım illər ərzində aldığım mükafatlara görə pensiyama əlavə olunmalı olan artırımları da vermirlər. Bundan əlavə, dövlət qulluqçularının pensiyalarının artırılması haqda verilmiş Sərəncamda nəzərdə tutulmuş artırımlar (20; 10; 50; 16,6; 70 faiz artırımlar) da pensiyamın üstünə hesablanmır. Nazirlik əməkdaşları hesabatı beşillik hesablayırlar və faiz artırımlarından heç birini də nəzərə almırlar. Bütün bunlar da bir vətəndaş olaraq mənim Konstitusiya ilə qorunan hüquqlarımın tapdaqlar altına atılması deməkdir. Ona görə də istərdim ki, pensiyam hesablanan zaman qanuna müvafiq iki illik hesabat ​ hesablansın və hesablama aparılarkən şəxsən mənim də iştirakım təmin olunsun.

P.S. Hörmətli oxucular! Biz şikayətçi Məmmədov Əli Müslüm oğlunun üz-üzə qaldığı olay haqda müəyyən qədər məlumatlı olduqdan sonra, məhz yaşanan problemin ictimailəşdirilməsinə qərar verdik. Mövzunu bundan sonra da diqqətdə saxlayacağıq.​ Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az

araz.az xəbər portalı.