sek

Müharibə yeni fazaya daxil olur…

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanatın imzalanmasından, atəşkəsin əldə olunmasından sonra Ermənistan birgə razılaşmasının müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bəzi kəndlərdə və Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəliklərdə erməni terrorçu qruplaşmaları hələ də qalmaqdadır. Noyabrın 26-da erməni terrorçu qruplaşmaları Xocavənd rayonunun Sur kəndində diversiya əməlləri törədərək 3 nəfər hərbçimizi öldürdü, dekabrın 8-də isə Hadrut qəsəbəsi yaxınlığında 1 hərbi qulluqçumuzu qətlə yetirdilər. Düzdür, erməni terror qruplaşmalarının meşəliklərdən təxliyəsi üçün Rusiya sülhməramlıları müəyyən addımlar atdı, amma ortada nəticə yoxdur. Ermən terrorçu qruplaşmalarının hücumlarından görünür ki, onlar meşələrdə qorunma, gizlənmə, döyüş mövqeləri də düzəldiblər.

Ermənistanın paytaxtı Yerevanda bu terrorçu qruplaşmalar “partizan qəhrəmanlar” kimi təqdim olunur. Heç şübhəsiz, bütün bunlar Ermənistan rəhbərliyinin tapşırığı ilə həyata keçirilir.

Azərbaycan meşələrdə gizlənən erməni terrorçu qruplaşmalarına qarşı anti-terror əməliyyatları davam etdirməli və mümkün qədər bu prosesi tez həyata keçirməlidir. 

Çünki Ermənistan hakimiyyəti bu diversiya-terrorçu qruplaşmalarının əməllərindən öz siyasi məqsədləri üçün istifadə edirlər:

– Yerevanda vəziyyət gərginləşən kimi erməni terrorçu qruplaşmaları meşələrdə təxribata əl atılar. Bununla da, Ermənistan hakimiyyəti gərginliyi təkcə Yerevanda yox, bu ərazilərdə saxlamağa da çalışır.

– Ermənistan hələ də məğlubiyyətini həzm etmək istəmir. Siyasi hakimiyyət “biz hələ tam təslim olmamışıq, fəaliyyət və müqavimətimiz partizan (?) kimi davam edir” illüziyası ilə erməni xalqını aldadır. Və bu şəkildə daxili auditoriyanı, Ermənistan ictimaiyyətini çaşdırmağa calışırlar. Sadə kütləyə “qəhrəman vitrinlər” nümayiş etdirirlər. 

– Onlar Ermənistanda sabitlik bərpa olunana qədər Qarabağda  sabitliyi pozmağa çalışacaqlar.

– Bütün bu diversiya təxribatları təkcə Paşinyan kriminal hakimiyyətinin iradəsi ilə deyil, həm də dünyadakı erməni terror təşkilatlarının diktəsi ilə həyata keçirilir.

Erməni terrorçuları səs gücləndiricilər vasitəsilə olunan çağırışlara məhələ qoymaq niyyətində deyillər. Yerləri də bəllidir. Azərbaycan anti-terror əməliyyatlarını davam etdirməli, erməni silahlı birləşmələri o ərazilərdən tamamilə təzmilənməlidir.

Və yəqin ki, meşələrdə gizlənən erməni terrorçu qruplaşmaları ilə Yerevan arasında bir təmas, əlaqə var. Çünki təslim olan erməni terrorçularının hərəkətləri, danışıqları, ağ bayraq qaldırıb təslim olmaları bunu deməyə əsas verir. Onları orada qalmağa məcbur edən nədir!?

Görünən budur ki, müharibə yeni fazaya daxil olur: Ermənistan terrorçu qruplaşmalarını meşələrdə saxlayacaq, Azərbaycan isə anti-terror əməliyyatları ilə onları zərərsizləşdirəcək.

Ermənistanın meşələrdə terrorçu qruplaşmalar saxlaması 10 noyabr üçtərəfli razılşamaya nə dərəcədə ziddirsə, elə Rusiya sülhməramlılarının da onları meşələrdən çıxara bilməməsi həmin razılşamaya bir o qədər ziddir. Hər kəs öz işini görməyi bacarmalıdır. O ərazilərə sülhməramlılar gəlib, əgər bundan sonra da hərbçilər öləcəksə, o zaman buna nə ad qoyaq?

– Sülhməramlılar təcili şəkildə erməni terrorçularının meşələrdən təmizlənməsi üçün praktiki addımlar atmalıdır. Hər halda Sülhməramlıların komandanı, general Rüstəm Muradov baş terrorçu Arayik Harutyunyanla qucaqlaşıb öpüşəməkdənsə, bu məsələni ciddiyə almalı, öz missiyasının məsuliyyətini dərk etməli və ermənilərin qarşısında tələb qoymalıdır. O erməni terorçularla A.Harutyunyanın da, rəsmi yeravanın da bir bağlantısı olmamış deyildir.

Əks halda;

– Azərbaycan suveren torpaqlarında öz qanunları ilə dərhal anti-terror əməliyyatlarını genişmiqyaslı şəkildə həyata keçirib terrorçuların kökünü kəsməlidir.

Samir FEYRUZOV

araz.az xəbər portalı.