Xəbər verdiyimiz kimi, dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılıb. Bu gün təklif olunan məsələlərdən biri də sərt karantin rejimi tədbiq edilən şəhər və rayonlarda kommunal borcların silinməsi və yaxud da dondurulması ilə bağlıdır.
Deputat Bəhruz Məhərrəmov bildirib ki, borcların silinməsi, yaxud dondurulması ilə bağlı parlament üzvləri olaraq yalnız təkliflər səsləndirmək mümkündür:
“Bu istiqamətdə real qərarı hökumət verir. 44 günlük müharibədən sonra “YAŞAT” Fondunun yaradılması bir daha onu göstərir ki, hökumət ictimai rəyə kifayyət qədər diqqət yetirir. Bu mənada ictimaiyyətdə bu kimi təkliflər varsa, yəqin ki, məsələyə hər hansı bir formada adekavat cavab veriləcək. İstənilən halda, bu təklif sosial yüklüdür. Alqışlamalı təklifdir, amma bununla bağlı son qərarı dövlətin özü verəcək. Bilirsiniz ki, Nazirlər Kabinetinin pandemiyaya dövrünə aid sosial paketi var. Söügedən məsələnin həmin sosial paketə daxil edilməsi qərarını Opertiv Qərargah verməlidir, çünki bununla bağlı səlahiyyət onlardadır”. (sonxəbər)
araz.az xəbər portalı.