“The Financial Times” qəzeti Almaniyada yaşayan türk əsilli həkimlər Özlem Tureçi və Uğur Şahini 2020-ci ilin adamı elan edib. Onların həmtəsisçiləri olduğu “BioNTech” şirkəti koronavirusa qarşı vaksinin hazırlanmasında mühüm rol oynayıb. “BioNTech” ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə Covid-19-a qarşı Qərbdə ilk təsdiqlənmiş vaksini hazırlayıb.
Klinik sınaqlar zamanı vaksin altı ölkədə 22 mindən çox şəxsə vurulub. Ancaq Uğur Şahin yenə də ötən həftə Britaniyada vurulmağa başlayanda əsəb keçirdiklərini deyir, çünki “insanların sınaqdan kənar, real dünyada ilk dəfə peyvənd olunması ayrı şeydir”.
İki həkim-alimin “İşıq sürəti layihəsi” kod adıyla başlatdığı bir neçə milyard avroluq iş “Edvard Cenner 1796-cı ildə bağbanının oğluna inək çiçəyinə qarşı vaksini vurandan bəri ən sürətli peyvəndin hazırlanması demək idi”, – Şərqi İngiltərə Universitetindın tibb professoru Pol Hanter deyib.
1960-cı illərdə isə qulaqdibi xəstəliyinə qarşı peyvənd dörd ilə hazırlanmaqla rekord qırmışdı.
araz.az xəbər portalı.