FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında sistemin sıradan çıxması nəticəsində xəstələrin oksigensiz qaldığı deyilir.
Afn-ə məlumat verən xəstə yaxınları bildirirlər ki, bir neçə saat əvvəl xəstəxananın 17, 18 və 19-cu korpuslarını əhatə edən oksigen stansiyası sıradan çıxıb. Hazırda sistemdə yaranan nasazlığın aradan qaldırılması üçün iş getsə də, bu müddət ərzində xeyli sayda karonavirus xəstəsinin öldüyü iddia edilir. Xəstə yaxınlarının sözlərinə görə, xəstəxana qarşısında kütləvilik var: “Xəstələrin ailələri burdadır, qarışıqlıq yaranıb”.
Məlumat redaksiyamıza gec saatda daxil olduğundan qarşı tərəflə dəqiqləşdirmək imkanımız olmadı.
Qeyd edək ki, xəstəxana 2277 çarpayıdan ibarətdir. Hazırda orada minlərlə xəstənin müalicə aldığı bildirilir.
araz.az xəbər portalı.