Hakim Yeni Azərbaycan Partiyasının sosial şəbəkə hesabında çoxlarını təəccübləndirəcək paylaşım edilib.
araz.az Gununsesi.info-ya istinadən xəbər verir ki, “QARABAĞ FATEHİMİZİ TANIYAQ!” başlıqlı paylaşımda Müsavat başqanının hazırda Şuşada hərbi xidmət keçən müavini Fərəc Kərimlinin qəhrəmanlıqlarından bəhs olunur:
Bildirilib ki, “Vətən müharibəsində döyüşən baş leytenant Fərəc Kərimli Şuşa fatehlərindən biridir. Bir çox ərazilərin stateji yüksəkliərin düşməndən azad edilməsi üçün gedən əməliyyatlarda iştirak etmiş, döyüşlər zamanı ayağından yaralanmışdır. Lakin döyüşü dayandırmayıb, Şuşanın azad eilməsi üçün sona qədər vuruşmuşdur”.
Onu da xüsusi vurğulayaq ki, Fərəc Kərimli bir neçə il əvvəl siyasi məhbus həyatı yaşayıb.
Bilridər ki, Fərəc Kərimli Qarabağ savaşına könüllü yollanıb.
araz.az xəbər portalı.