_07358.jpg

Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızının Britaniyanın Solsberi şəhərində zəhərlənməsi ilə bağlı qalmaqala görə Avropa İttifaqına üzv olan daha 5 ölkə Rusiya diplomatlarını çıxarması mümkündür.

“The Guardian” qəzetinin yazdığına görə, martın 22-də Brüsseldə keçirilkən Avropa İttifaqının sammitindən sonra Avropa İttoifaqına üv ölkələrin liderləri Britaniyanın baş nazirinin dəlilləri ilə razılaşıblar və Moskvanın Solsberidəki zəhərlənmədə iştirakçı hesab edirlər.

Fransa, Polşa, Estoniya, Latviya və Litva bu məsələdə Londonun tərəfini tutublar.

Avropa İttifaqı sammitinin nəticələri üzrə Çexiyanın baş naziri Andrey Babiş də rusiyalı diplomatların ölkədən çıxarılmasının mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, martın 4-də Sergey Skripal və onun qızı Yuliya Solsberidə zəhərləndikdən sonra xəstəxanaya yerləşdiriliblər. Onlar hazırda komadadırlar. (PRESSDAY.az)

araz.az xəbər portalı.