Dünən axtarış qrupları Horadiz və Cəbrayıl ərazilərindən 41 Ermənistan hərbçisinin meyitini təxliyə edib.
Ermənistan mətbuatının məlumatına görə, bu barədə Dağlıq Qarabağdakı separatçıların qərargahı bildirib.
Qeyd edilib ki, noyabrın 13-dən bəri 933 meyit tapılıb.
Axtarışlarda müharibə nəticəsində itkin düşənlərin valideynləri də iştirak edir.
Rusiya sülhməramlıları axtarışlarda bilavasitə iştirak etmir, lakin (Azərbaycan tərəfi ilə) danışıqlar prosesini təmin edirlər. /Modern.az/
araz.az xəbər portalı.