pğö

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan “Civilnet”ə verdiyi müsahibəsində uduzduqları müharibə haqqında söz açıb.

O bu işdə erməni diplomatiyasını da günahkar sayıb.

Ohanyan bildirib ki, erməni diplomatiyası məğlub olmasaydı və ölkə rəhbərliyindən müəyyən açıqlamalar gəlməsəydi, müharibənin qarşısını almaq olardı.

“Nəinki müharibədə uduzmamağımız, ümumiyyətlə torpaqları itirməməyimiz də mümkün idi. Döyüşləri bəzi əlverişli bir xətlərdə dayandırmaq lazım idi. Hətta ilkin təmas xəttini də saxlamaq olardı. Çünki birinci müdafiə xəttimiz mühəndislik baxımından olduqca əlverişli idi”.

Onun sözlərinə görə, məğlubiyyətin bir neçə səbəbi var ki, onlardan bəziləri də effektiv dövlət idarəçiliyinin olmaması, hökumət tərəfindən ümumi səfərbərlik mühitinin yaradılmaması və intizam və qanunçuluğun aşağı olması idi. O əlavə edib ki, ölkədə böyük bir qarışıqlıq var idi.

araz.az xəbər portalı.