Bu gün Milli Məclisdə İXM-nin 211-ci maddəsinə dəyişikliklər edilərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə dəyişiklik edilərək cərimələr vəzifəli şəxslər üçün dörd min manatdan manatadək beş min manatadək, hüquqi şəxslər üçün beş min manatdan on və on bir min manatadək artırılıb.
Həmçinin, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr artırılaraq vəzifəli şəxslər üçün dörd yüz manat və il ərzində təkrar törədilməsinə görə səkkiz yüz manat, hüquqi şəxslər üçün isə, altı yü manat, il ərzində təkrar törədilməsinə görə min iki yüz manat müəyyən edilib. Tanınmış hüquqşünas Hafiz Həsənov bu dəyişikliyi şərh edib. Onun sözlərinə görə, koronavirusla mübarizədə inzibati cərimələrin sərtləşdirilməsi koronavirusla mübarizədə effektli metod deyil: “Çünki, koronavirsun yayılması dinamikası göstərir ki, cərimələrin bundan əvvəlki artırılmasından sonra koronavirusun yayılmasının azalmasına demək olar ki, təsir etməyib.
Belə olan halda cərimələrin artırılmasının məqsədi nədir?.. Sanki, Hökumətin koronavirusla mübarizədə cərimələrin sərtləşdirilməsindən başqa digər siyasəti yoxdur”. Hafiz Həsənov deyir ki, artırılmış cərimə məbləğləri də, ölkədəki yaşayış səviyyəsinə uyğun deyildir: “Bu da sərtləşdirilmiş cərimələrin icra edilə bilən etmir”. Hüquqşünas bu məsələdə parlamenti qanunsuzluqda da ittiham edib: “Konstitusiyaya “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və icra edilə bilən olmalıdır. Digər tətəfdən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 37-ci maddəsinə görə qanunlara və fərmanlara dəyişikliklər 6 aydan tez müddətdə dəyişikliklər edilməsinə bir qayda olaraq, yol verilmir.
İXM-nin 211-ci maddəsinə bundan əvvəlki dəyişikliklərin edilməsindən isə 6 ay keçməyib. Bunlarla yanaşı, İXM-nin 211-ci maddəsinə adıçəkilən dəyişikliklər Milli Məclisdə bir oxunuşda qəbul edilib. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 70.3-cü maddəsinə və Milli Məclisin daxili Nizamnaməsinin 16-cı maddəsinə görə bu cür dəyişiklkilər üç oxunuşda qəbul edilməli id”.
Pərviz Həşimli
araz.az xəbər portalı.