Rusiyada prezident seçkisinin nəticəsi Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilər.
Araz.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında prezident seçkisindən sonra Rusiyanın Qarabağ siyasəti və mümkün dəyişikliklər barədə danışan politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətində əsas prioritetdir:
“Rusiyada Vladimir Putinin yenidən prezident seçilməsi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinn həllində müsbət istiqamətdə addımın atılacağı istisna edilmir. Bu isə çox güman ki, Moskvanın seçkidən sonra münaqişənin yeni bir müharibəyə keçməsini önləmək siyasətindən irəli gələcək. Hələlik sözügedən addımın hansı istiqamətdə olacağı bəlli deyil. Ancaq hər hansı tərpəniş mümkündür. Üstəlik, Azərbaycanın həyata keçirdiyi mühüm iqtisadi layihələr Rusiyanı hərəkətə keçməyə vadar edə bilər. Çünki Moskva da regional təhükəsizliyə təhdidi önləməyin labüdlüyünü anlayır”.
Qeyd edək ki, Vladimir Putin martın 18-də keçirilən seçkilərdə 76.68 faiz səs toplamaqla növbəti müddətə Rusiya Federasiyasının prezidenti seçilib.
araz.az xəbər portalı.