Bu gün Ermənistanda Qarabağ müharibəsində ölmüş erməni əsgərlərinə görə matəm elan olunub. Bununla bağlı ölkənin baş naziri Nikol Paşinyan “Erablur” hərbi abidəsini ziyarət edin. “Baki-Baku.az” erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın abidənin olduğu yerə gəlişi etirazlarla qarşılanıb. Əraziyə toplaşanlar “Nikol satqındır”, “Nikol türkdür” şüarları səsləndiriblər.
Qeyd edək ki, N.Paşinyan “Erablur”a hüquq-mühafizə orqanları və mühafizə dəstəsinin müşaiyyəti ilə gəlib. Onlar qəzəbli halda olan kütlənin baş nazirə hücum çəkməsinin qarşısını böyük çətinliklə də olsa alıblar.
araz.az xəbər portalı.