Millət vəkili, həkim Rəşad Mahmudov antiviral dərmanlarla bağlı açıqlamasında bildirib ki, insanlar “Favipiravir” dərmanını hər 12 saatdan bir 8 tabletka qəbul edərlərsə, mütləq faydasını görərlər. Lakin bir dəfəyə 8 tabletkanın qəbulu ilə bağlı bu fikir insanlarda müəyyən çaşqınlığa səbəb olub.
Bununla bağlı Redaktor.az-a açıqlama verən Rəşad Mahmudov qeyd edib ki, insanlar 8 tabletkanı bir dəfə istifadə etməli, daha sonra 12 saatın keçməsini gözləməlidirlər:
“Bu müddət ərzində heç bir dərman qəbul edilməməlidir. 12 saatdan sonra yenə 8 tabletka istifadə edilməlidir. Yəni, bir gün ərzində 16 tabletka istifadə etmiş olurlar. Bu, sadəcə minimum dozadır.
Daha sonra, 4 gün ərzində isə hər 12 saatdan bir 3 tabletka qəbul edilir. Burda əsas məsələ odur ki, müalicəyə mümkün olduqca tez başlanılsın. Tez başlayanda faydasını da daha tez görə bilərik. Çünki erkən dönəmdə, hələ virus bədəndəki hüceyrələrə yerləşmədən antiviral müalicələrin effekti daha çox olur. Həmin dərmanlar bədəndəki virus hüceyrələrinin miqdarını azaldır, beləliklə, müalicə dönəmi daha az şikayətlərlə, daha təhlükəsiz keçir”
Şəfəq Samed \ Redaktor.az
araz.az xəbər portalı.