PREZİDENTLER

XX əsrin sonunda SSRİ-nin dağılması, dünya iqtisadiyyatının transmilliləşməsi və qloballaşması, heç şübhəsiz, Xəzər regionunun 1991-ci ildən sonra rolunu və əhəmiyyətini daha da artırdı. Onda, Azərbaycan Respublikası Xəzər regionuna daxil olan ölkələr icərisində geosiyasi əhəmiyyətə malik olduğu ücün, regional səviyyədə deyil, həm də qlobal miqyasda baş verən hadisələrə xeyli dərəcədə öz təsirini göstərə bilirdi ki, bu da, ilk növbədə, onun zəngin təbii ehtiyatlara malik olması, iqtisadi potensialı ilə bilavasıtə bağlı idi.
Tarixdən məlum olduğu kimi, XVIII əsrin əvvəllərindən başlayaraq, Xəzər regionu, xüsusilə də Azərbaycan, Yaxın və Orta Şərqdə, Türkiyə və İranla yanaşı, Rusiya, İngiltərə və Fransanın da cəlb olunduğu geosiyasi rəqabət arenasına çevrilirdi. Bütovlükdə, XVIII əsr və XIX əsrin əvvəli, bu dövlətlərin açarı Azərbaycan olan bütün Xəzər hövzəsi üzərində öz nəzarətini qurmaq uğrunda kəskin mübarizəsi ilə səciyyələnirdi.
Rusiya İmperiyasının iqtisadi hökmranlığı dövründə Bakıda 72 neft buruğu, həmçinin Xəzərin Şərq sahili boyu bir sıra digər neft mənbələri var idi. 1843-cü ilə olan məlumata görə, Bakı rayonunda “qara neftin” illik hasilatı 3,4 mln. ton, “‘ağ neftin”ki isə, 14,143 mln. kq olub. Bütövlükdə bu neft torpağın əsasən üst qatında yerləşən kiçik buruqlar və mənəblərdən hasil edilib. Bakı rayonunda böyük neft ehtiyatları olan buruqların işlənilməsi 1873-cü ildən başlanıb. Sonrakı 20 il ərzində bu rayon Rusiyada hasil olunan neftin böyük hissəsini verib. Bakıda 1880-ci ildə neft sənayesinin yenidən qurulması həyata keçirilib, üstəlik, mərkəzləşmiş nəzarət qurulub. 1873-cü ildən sonra, Bakı neft istehsalçıları cəmiyyəti yaradıldıqdan sonra, neftin işlənilməsinin təşkilində islahatların əhəmiyyətli rolu olub. 
1880-1890-cı illərdə Xəzər nefti dünya bazarına çıxıb. Bakı neftinin hasiletməsinə xarici müdaxilə də, elə, bu vaxtdan — XIX əsrin sonunda başlayıb. Özü də, bu müdaxilə prosesi onun inkişafında böyük rol oynamış Nobel qardaşlarının Azərbaycana gəlməsi ilə başlayıb. Nobel qardaşlarının ardınca, 1892-ci ildə regionun neft sənayesində “Binbo” adı altında məşhur olan kompaniya yaradan Rotşildlər meydana çıxıblar. Xəzər-Qafqaz neft sənayesində 1893-cü ildən 1917-ci ilədək, burada işləyən Böyük Britaniya kompaniyaları da vacib rol oynayıblar.
SSRİ dövründə Azərbaycan neftinin bütün Sovetlər Birliyi üçün əhəmiyyətli rolu hamımıza məlumdur. Onda, Ümummilli Lider Heydər Əliyev bu respublika üçün də böyük iqtisadi əhəmiyyət kəsb edən yanacaq-energetika bazasının inkişafına böyük diqqət göstərib. Xəzərdə neft hasilatının inkişafına diqqət və qayğı göstərən müdrik siyasi xadimin təşəbbüsü ilə, bu illər ərzində fundamental elmi əsaslarla dəniz neft yataqları hərtərəfli öyrənilib.
Hələ Sovetlər dövründə, yəni ötən əsrin 70-ci illərində ölkəyə rəhbərlik edərkən, təcrübəli siyasətci Heydər Əliyev Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafina xüsusi diqqət yetirib. Həmin illəri xatırlayaraq, müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev bunları demişdir: “1969-cu ildə Azərbaycana rəhbərlik edərkən, mən, 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişafına dair böyük işlər görmüşəm və xeyli müvəffəqiyyətlərə nail olmuşam… Əgər həmin illərdə biz Xəzərdə dərin özüllü neft-qaz yataqlarının istismarı üçün, onun zəruri maddi-texniki bazasını yaratmasaydıq, şübhəsiz ki, indiki nəticələrini əldə edə bilməzdik”.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri, siyasətdə neft amilindən məharətlə istifadə etməsi, yeni neft strategiyasını hazırlayaraq, həyata keçirməsi olub. Yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra da, Ümummilli Lider Heydər Əliyev özündən əvvəlki hər hansı birinin görə bilmədiyi işi, tarixən çox qısa müddətdə yerinə yetirib, bütün maneə və əngəllərə baxmayaraq, 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” adını almış ilk böyük neft Müqaviləsinin imzalanmasına nail olub. Onda,WhatsApp Image 2020 12 18 at 00.06.06
Azərbaycanla bu neft Müqaviləsini imzalayan şirkətlər ABŞ, Rusiya, Ingiltərə, Türkiyə, Norveç və s. ölkələri təmsil edirdilər. Ümummilli Liderimiz Heydər Əliyev o vaxt müqavilənin imzalanması mərasimindəki çixişında demişdir: “Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və

xüsusən də neft sənayesində yeni bir mərhələ açır”.   
                           

                                          Doğrudan da, bu, belə oldu. 
 
Elə, bundan sonra Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları məbləğində investisiya qoyulmasına imkan yaradan daha 24 neft sazişi imzalandı.
“Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti, ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahi naminə daha uğurlu şəkildə istifadəyə əsaslanır.
Əsrin müqaviləsi”nin mühüm əhəmiyyətli iqtisadi göstəricilərinə, tanınmış mütəxəssislər də, önəmli bu faktorları aid edirlər:
— Müqavilənin həyata keçirilməsi prosesində ixrac boru kəmərinin tikintisi və Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin ediləcək;
— Beynalxalq maliyyə idarələrində və institutlarında Azərbaycanın kredit qabiliyyəti yüksələcək;
— Müqavilə qarışıq, sahələrə, infrastrukturlara geniş investisiya axınını təmin edəcək;
— Azərbaycan özünün valyuta ehtiyatlarının zənginləşdirəcək ki, bu da öz xüsusi investisiya və iqtisadi siyasətini həyata keçirməyə imkan verəcək;
— Azərbaycanın dünya iqtisadi birliyinə daxil olması və inteqrasiyası prosesini sürətləndirəck. Bazar münasibətləri, rəqabət, malların və məhsulların keyfiyyətinə olan tələbat yüksələcək;
— Tətbiq olunan texnika və texnologiyanın səviyyəsi yüksələcək, respublika iqtisadiyyatının rəqabət qabiliyyəti, məhsulların istehsalına istiqamətləndirilmiş əsas sahələrinin yenidən qurulması və modernləşdirilməsi baş verəcək.
                                  

                                           Elə,deyilən kimi də oldu. 
 
Mənbələrdən də məlumdur ki, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təməlini qoymaqla yanaşı, Xəzər hövzəsində daha irimiqyaslı layihələrin hazırlanması və gerçəkləşməsinə zəmin yaratdı. Bu müqavilənin bir əhəmiyyətli cəhəti də, respublikada işsizlik probleminin qarşısının alınması üçün əlverişli vasitə olmasındadır.
Lakin bu neft müqaviləsinin əhəmiyyətini təkcə iqtisadi kateqoriyalarla müəyyənləşdirmək, fikrimizcə, onun tarixi mənasını azaltmaq olardı. İmzalanmış sazişlərin siyasi mənası, dəyəri heç də az əhəmiyyət daşımır. Dünyanın aparıcı dövlətlərinin iri şirkətlərinin sərmayə qoyduğu neft müqavilələri Azərbaycanın strateji-coğrafi mövqeyini və beynəlxalq siyasətdə rolunu əhəmiyyətli dərəcədə gücləndirən amil kimi çıxış edirlər. Bu rəsmi sənədlərin imzalanması tədqiqatçılar tərəfindən Azərbaycana və bütün Xəzər regionuna ciddi siyasi diqqətin təcəssümü olmaqla, regionda təhlükəsizliyə və əməkdaşlığa, real sabitliyin bərqərar olmasına söykənən sülh dövrünün başlanması kimi qiymətləndirilir. Doğrudan da, bu müqavilələr, İlk növbədə, hamının Azərbaycan Respublikasının sülh şəraitində demokratik, hüquqi dövlət quruculuğu proseslərinin daha uğurla həyata keçirilməsinə, onun xarici siyasət strategiyasnın əsas istiqaməti kimi fəaliyyət göstərməsinə təkan vermişdir.
Digər tərəfdən, bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir.
Ötən illərin təcrübəsi göstərir ki, təməli  təcrübəli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası dövlətimizin təkcə iqtisadi maraqlarının həyata keçirilməsinə deyil, paralel olaraq, dövlət müstəqilliyinin qorunub saxlanılmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun olan əlverişli situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
“Əsrin müqaviləsi”nin özünün məntiqi davamını Xəzər neftinin ixracına dair Bakı — Tbilisi — Ceyhan neft boru kəmərinin tikintisində tapmışdır. Bu neft kəmərinin layihəsinin reallaşması Heydər Əliyevin müdrikliyini və xarici siyasət fəaliyyətinin uzaqgörənliyini əyani şəkildə nümayiş etdirmiş, Azərbaycanın diplomatiyasının böyük uğuru olmuşdur.
Müasir mərhələdə Azərbaycanın neft strategiyasnın tədqiqinə həsr olunmuş elmi ədəbiyyatlar sırasında, ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə dərc olunmuş “Azərbaycanın Xəzər nefti” adlı fundamental əsəri xüsusi yer tutur. Bu əsərdə Xəzər regionunun və ilk növbədə, Azərbaycanın qədim dövrlərdən indiyədək siyasi və iqtisadi inkişafı problemləri ətraflı tədqiq olunur.
Həmin əsərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycanın Xəzər diplomatiyası öz məqsədlərinə nail olmaqda Şərq çevikliyi və inadlığı ilə müşayiət olunan Qərb praqmatizmindən ibarətdir və artıq pozitiv nəticələr verir”.
Heydər Əliyev müstəqil Azərbaycana hələ SSRİ dövründən miras qalmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün, müxtəlif variantlardan istifadə edərək bu məqsədlə daha çox neft diplomatiyasının rolunu da qiymətləndirirdi. Ölkənin yeni neft strategiyasının işlənib hazırlanması da, məhz həmin problemin beynəlxalq aləmin diqqətinə catdırılmasında informasiya müharibəsini yarmağa və bu işdə əməkdaşlıq edən ölkələrin mövqeyinə əsaslı təsir göstərmişdir. Elə, Qarabağ uğrunda 44 günlük Vətən Müharibəsindəki tarixi zəfər də, deyilənlərin təsdiqi oldu.
1994-cü ilin sentyabrında Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi”nin dünyanın bir çox aparıcı dövlətlərinin maraq dairəsinə daxil olan Bakı — Tbilisi — Ceyhan neft və Bakı –Tbilisi — Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi, Azərbaycanın regionda lider dövlətə, həqiqətən söz sahibinə çevirmişdir. Odur ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra, indiyə kimi Azərbaycanın iqtisadiyyatına külli miqdarda xarici sərmayə qoyulmuşdur.
2006-ci il iyunun 13-də Bakı — Tbilisi –Ceyhan neft kəmərinin istismara verilməsi böyük tarixi hadisə olmaqla, öz məzmununda Azərbaycana daha böyük iqtisadi dividentlər vəd etdi. Və elə də olur.
Heydər Əliyevin 1994-cü ilin sentyabrında imzaladığı “Əsrin müqaviləsi” ilə həyata keçirilməyə başlayan uğurlu neft strategiyası Azərbaycana beynalxalq neft Şirkətləri ilə 21 müqavilə, 6 milyard dollar məbləğində sərmayə, ölkənin valyuta ehtiyatların 1994-cü ildəki 10 milyon dollardan 2003-cü ildə 1 milyard 400 milyon dollaradək artırmağı, 800 milyon dollar həcmində Neft Fondunu yaratmağı təmin etdi. 
Ümummilli Lider Heydər Əliyev özünün “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” 29 dekabr 1999-cu il tarixli Fərmanında göstərmişdir: “Azərbaycan Respublikasının Dövlət Neft Kompaniyası və dünyanın məşhur neft kompaniyaları arasında əsası “Əsrin müqaviləsi” ilə qoyulmuş işgüzar əməkdaşlıq yaxın vaxtda real nəti-cələrini verməlidir. Bu sahədə gözlənilən gəlirlərin Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisinə yönəldilməsi dövlət siyasətinin başlıca məqsədidir”. Məhz bu məqsəddən çıxış edərək, Ümummilli Liderimiz həmin Fərmanla Dövlət Neft Fondunu yaradaraq, onun formalaşmasını, mənbələrini konkret olaraq müəyyən etmişdir.
Neft Fondlarının yaradıldığı ölkələrdə, bu fondların gəlirlərinin formalaşma mənbələrində, onların bölgüsü və istifadəsində şəffaflığın təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir. Küveyt, Oman kimi və bir sıra digər ölkələrdə Neft Fondlarının gəlirləri və xərcləri məxfi saxlanılır. Bu ölkələrdə Fondun gəlirlərinin formalaşması, bölgüsü və istifadəsi prinsipləri və qaydaları dəqiq müəyyən edilməmişdir.
Azərbaycan Respublikasında belə ölkələrdən fərqli olaraq, Neft Fonduna vəsaitlərin toplanması, bölgüsü və istifadəsində şəffaflığını aparır. Dövlət Neft Fondunun gəlirlərinin formalaşmasında və xərclərinin reallaşdırılması prosesində aşkarlığın yaradılmasına, hər bir gəlir və xərc əməliyyatının ictimaiyyətin gözü qarşısında baş verməsinin təmin edilməsinə dövlətimiz tərəfindən böyük əhəmiyyət verilir. Ən əsası odur ki, Dövlət Neft Fondunun yaradılması, onun gəlirlərinin formalaşması və reallaşmasına dair Ümummilli Liderimiz Heydər Əliyevin və onun siyasi varisi, Azərbaycan prezidenti cənab İlham Əliyevin fikirləri bir-birini tamamlayır.
Milli neft strategiyası Azərbaycanın bir çox iqtisadi və maliyyə qurumlarına, o cümlədən Dünya Ticarət Təşkilatına daxil olmasının mümkünlüyünə, kənd təsərrüfatının səmərəliliyinin yüksəldilməsi, orta sinfin formalaşmasının ümdə vəsifəsi kimi, kiçik və orta biznesin rolunun artırılması, inflyasiya səviyyəsinin aşağı salınması və Azərbaycan dövlətinin beynalxalq iqtisadi münasibətlərdə bərabərhüquqlu tərəfdaş imicinin yaxşılaşdırılması da daxil olmaqla, milli iqtisadiyyatın təkminləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə təminat yaratdı. Onların hər ikisinin fikrincə, neft məhsullarının satışdan əldə olunan və Dövlət Neft Fonduna yığılan vəsaitlər investisiya şəklində Azərbaycan iqtisadiyyatının digər sektorlarına qoyulmalı, neft ilə bağlı olmayan sahələrin inkişafina, yeni iş yerlərinin yaradılmasına yönəldilməlidir. Bu isə, ölkənin iqtisadi inkişafina, yeni iş yerlərinin yaradılmasına maliyyə təminatına xidmat edə bilər.
Dövlətimizin başçısı İlham Əliyevin siyasi xəttində belə bir istiqamət özünü göstərir ki, Dövlət Neft Fondunun güclü iqtisadiyyat yaratmaq vasitəsinə çevrilməsi üçün, gələcək nəsillərin neft hasilatının səviyyəsindən və dünya bazarında neftin qiymətlərinin dəyişilməsindən asılığını istisna edən hökümət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Bu strategiya mərhələlərlə həyata kecirilən coxsaylı islahatların əsasını təşkil edir və coxsaylı uğurlarla xarakterizə edilməkdədir.
Beləliklə, göründüyü kimi, Azərbaycan iqtisadiyyatında neft amilinin rolunun çox olması yenilik deyildir. Ümummilli Liderin dediyi kimi, bu tarixən belə olmuş, xalqın gələcəyinin və dünya miqyasında tarixinin, mədəniyyətinin şanlı səhifələrinin nümayiş etdirilməsində hərəkətverici qüvvə rolunu oynamışdır.WhatsApp Image 2020 12 18 at 00.06.05
Mirkazım SEYİDOV,
AMEA-nın dissertantı.

araz.az xəbər portalı.