d81092e82de85f61bb4fbd21fa56a521 XLAzərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Azərbaycan Respublikası Milli Məclisin

sədri Sahibə xanım Qafarovaya;

 Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Kamran Əliyevə;

Azərbaycan Respublikasının Dövlət

Təhlükəsizlik Xidmətinin rəisi

cənab Əli Nağıyevə;

Azərbaycan Respublikasının Daxili İşlər Naziri

cənab Vilayyət Eyvazova

Azərbaycan Respublikasının Təhsil Naziri

cənab Emin Əmirullayevə

Azərbaycan Respublikası Ekologiya və Təbii

Sərvətlər Naziri cənab Muxtar Babayevə

 

Gəncə şəh, Ə.Əliyev küç, 2-ci dön, ev 3,mən26-da

yaşayan İsmayılov Natiq Razim oğlu tərəfindən

tel: 050-511-21-96; 055-204-91-32.

                                                     MÜRACİƏT

Hörmətli cənab Prezident! 

Tərtər rayonunda öz oğlu tərəfindən dəfələrlə vəhşicəsinə döyülən 82 yaşlı İsmayılov Rüstəm Hüseyn oğlunun video şikayyətlərini ictimailəşdirdiyim üçün məni Tərtər prokurorluğu və Tərtər rayon polisi həbs etməklə hədələyir.

22.06.2020-ci il tarixdə Tərtər rayon Sarov kəndində yaşayan 82 yaşlı Rüstəm İsmayılov oğlu Pərviz İsmayılov tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı xəsarət aldığına və şikayətinə Tərtər rayon prokurorluğunda və Tərtər rayon Polis

Şöbəsində baxılmadığına görə oğlu Rüfət İsmayılovla birlikdə junalist olaraq mənə müraciət etdilər.

Qeyd edirəm ki, İsmayılov Pərviz Rüstəm oğlu Tərtər rayon Sarov kəndində yaşayan atası 82 yaşlı Rüstəm İsmayılovu 22.06.2020-ci il tarixdə döyməsini, 26.07.2020-ci il tarixdə səhər saat 6:00-7:00 radələrində atasının yaşadığı evə gedərək boğazına bıçaq dirəyib, 12.000 manat pulunu aparmasını və 02.08.2020-ci il tarixdə qardaşı Rüfət İsmayılov tərəfindən mühərrikli ot biçən aqreqatla bədəninin qol və kürək hisəsindən yaralanması barədə olan şikayət ərizələrini və video diskiləri Tərtər rayon Sarov kənd orta məktəbində direktor vəzifəsində işləyən qardaşı Rüfət İsmayılov, atası Rüstəm İsmayılov özləri mənə verərək xəbərlər saytı vastəsi ilə onların adından Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və digər aid yuxarı instansiyalara müraciətlər etmələrini xahiş etmişlər.

Rüstəm İsmayılovun oğlu Pərviz İsmayılov tərəfindən 22.06.2020-ci il tarixdə döyülməsi , 26.07.2020-ci il tarixdə 12.000 manat pulunun Pərviz İsmayılov tərəfindən aparılması barədə qardaşı Rüfət İsmayılov tərəfindən çəkilən video diskin surətini Sizlərə təqdim edirəm.

Ayrı-ayrı xəbər saytları vastəsi ilə müraciətlər tərəfimdən aidiyyati orqanlara göndərildikdən sonra, Rüstəm İsmayılovun döyülməsi barəsində Tərtər RPŞ-nin təhqiqat qrupunda ləğv edilmiş cinayət işi yenidən istintaq qrupuna göndərilmişdir.

Pərviz İsmayılov barəsində Tərtər RPŞ-də AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

02.08.2020-ci il tarixdə saat 7:00-8:00 radələrində Pərviz İsmayılov qardaşı Rüfət İsmayılovun yaşadığı evə gedərək onun şəkilini mobil telefonuna çəkən zaman aralarında mübahisə yaranmış, bu vaxt Rüfət İsmayılov əlində işlətdiyi mühərrikli ot biçən aqreqatla Pərvizin bədəninin qol və kürək nahiyyəsini yaralamışdır. Həmin gün Pərviz İsmayılov Bərdə rayon Mərkəzi Xəstəxanasına gedərək yaralarını sarıtdırmış və bu barədədə xəstəxanadan Tərtər RPŞ-nə məlumat verilmiş, Rüfət İsmayılovda özü törətdiyi cinayətə görə könüllü olaraq Tərtər RPŞ-nə gedərək məlumat vermişdir.

Bu barədə olan məlumatların Rüstəm İsmayılov və Rüfət İsmayılov təfindən yazılmış əl yazma ərizələrinin surətini təqdim edə bilərəm.

Axırıncı baş vermiş hadisədən sonra, Rüfət İsmayılov tutulmasın deyə Rüstəm İsmayılov məcbur qalıb, oğlu Pərvizlə barışmışdır. Pərviz də qardaşı Rüfət tərəfindən yaralanması barədə şikayətini geri götürmüşdür.

Ailə üzvlərinin müraciəti əsasında məsələni ictimailəşdirdiyim üçün, Pərviz İsmayılov özü mənim telefonlarıma zəng və mesajlar göndərərək söyüb təhqir etmişdir.

Həmin söyüş mesajlarının surətini araşdırma aparan orqana təqdim edə bilərəm.

Onu qeyd edib Sizlərin diqqətinə çatdırıram ki, mən və əməkdaşlarım olan Ərşad İbrahimov və Osman Rzayev müxbur olaraq vətəndaşların müraciəti haqqında qanununun 10-cu, KİV haqqında qanunun 8-ci, Avropa İnsan Haqqları Konvensiyasınlın 10-cu və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin tələblərini nəzərə alaraq vətəndaşın müraciətləri saytımızda dərc etdiyimiz üçün Tərtər rayon prokurorluğu və polis şöbəsi və məhkəmələr tərəfindən həbs edilməklə hədələnirik.

Tərtər rayon prokurorluğu və polisi şikayətçilərin əvvəl etdikləri şikayətə görə, Pərviz İsmayılovun barəsində qanunu tədbir görsəydilər, axırıncı bu qanlı hadisə baş verməzdi…

Bununla bağlı jurnalist araşdırması aparılan zaman məlum oldu ki, Pərviz İsmayılov prokurorluğa və polisə işləyən bir adamdır. Onun əliylə prokurorluq və polislər istənilən insanları şərləyib, incidərək pullarını əllərindən alırlar. Bunun da bariz nümunəsinin biri də odur ki. Pərviz İsmayılov qardaşı Rüfət İsmayılovun direktor işlədiyi Sarov kənd orta məktəbində qarovul işləyən Amidin səsini yazaraq ondan qardaşı Rüfətin 1500 manat alıb aparıb, rayon təhsil şöbəsinin müdrinə vermə səs yazısını rayon prokurorluğuna verərək ,2000 manat pullarını aldırmışdır.

Məlumatın biri də odur ki, Rüfət İsmayılovun qardaşı Pərvizi vurub yaraladığına görə prokurorluq və polis şöbəsində Rüfətin barəsində cinayət işi başlamayıblar. Bunun səbəbi isə Rüfətdən 4000 manat “şirinlik”almaqlarıdır.

Bunların hamısını Rüfət İsmayılov və atası Rüstəm İsmayılov özləri mənə məlumat vermişdilər. Əgər bu məsələlər yerindəcə araşdırılsa aşkar olar ki, bu günkü gündə Rüfət İsmayılov qardaşı Pərviz İsmayılovu ot biçən mühərikli aqreqatla qol və kürək nahiyəsini yaraladığı halda Tərtər prokurorluğunda və polis şöbəsində cinayət işinin başlanmamasının səbəbi nədir?

Bu müraciətləri xəbər portalında yaydıqdan sonra, Tərtər rayon prokuroru mərhum Şıxəli müəllim, polis şöbəsinin baş müstəntiqi Habil Paşayev və baş əməliyyat müvəkkili Cavid Paşayev Rüstəm İsmayılova ərizə yazdıraraq üzümə qoymağa başladılar ki, guya onlardan hədə-qorxu ilə 500 manat almışam. Prokuror və polis bu adamları məni və oğlumu şantaj etdirərək, bizi həbs etdirməklə təhdid edirlər.

Cavid Tofiq oğlu Paşayev Tərtər RPŞ-də işləsə də, özünün ailəsi ola-ola, polisin şərəf ləyaqətini alçaldılan hərəkətlər etdiyinə görə, barəsində araşdırma aparılaraq töhmət cəzası verilibdir. Və hazırda da Cavid Paşayevin barəsində şikayətin araşdırılması Azərbaycan Respublikası DİN-də davam edir.

Tərtər rayon prokurorluğunda və Tərtər RPŞ-də media nümayəndələrinə və vətəndaşlara qarşı öz başınalıq baş alıb gedir. KİV-nin nümayəndələri və günahsız insanlar şərlənərək, əsassız olaraq məsuliyyətə cəlb edilirlər!!

Möhtərəm cənab Prezident ! 

Mən Araz Media xəbər portalının xüsusi müxbiri vəzifəsində çalışıram. Tərtər rayon prokuroru mərhum Şıxəli Alməmmədov , Tərtər rayon Polis şöbəsinin baş müstəniqi Habil Paşayev və Təhqiqat şöbəsinin rəisi, Tərtər rayon Sarov kəndində yaşayan, 82 yaşlı atasını vəşicəsinə döyən təqsirləndirilən şəxs Pərviz İsmayılovun arxasında duraraq onu öyrədib məni, oğlumu və əməkdaşlıq etdiyim Dünyanınsəsi.info və Demokratik.az xəbər portalının rəhbərini telefonla söydürüb təhqir elətdirirlər!

Dədəsini döyən Pərviz İsmayılov saxta sənədlərlə hazırda Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi Regional idarəsində riger vəzifəsində işləyir. Barəsində AR CN-nin 128-ci maddəsi ilə cinayət işi qaldırılmasına və islahat komisiyası tərəfindən atasına verilmiş 0.50 ha əkinə yararlı olan toraq sahəsini öz başına məhv edərək, avto dayanacaq etməsi faktı təstiqini tapmışdır. Buna görə 500 manat cərimə olunan Pərviz İsmayılovun bu günki gündə işdən azad olunmamasının səbəbi nədir və hansı əsaslara görə hələ də işində qalıb işləyir?

Rüfət İsmayılov 02.08.2020-ci il tarixdə qardaşı Pərviz İsmayılovu ot biçən mühərrikli aqreqatla qoluna və bədəninə xəsarət yetirdiyi üçün barəsində cinayət işi qaldırılsada, Sarov kənd sakini Amiddən 1500 manat rüşvət alıb məktəbə axrannik götürən, vəzifə səlahiyyətini aşaraq öz uşağına yüksək qiymət yazması və valideyini öz otağında söyüb təhqir edən və direktor vəzifəsindən sui-istifadə edərək, Pərviz İsmayılovun Tərtər rayon İdman məktəbindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə görə işdən çıxma əmrini alıb polis və prokurorluğa verdiyi üçün bu məktəb direktorunun işdən azad edilməməsinə səbəb nədir?

Hər iki nazirliyin cinayətkar qardaşları vəzifədə saxlamaqda məqsədləri nədir?

Cinayətkar qardaşların vəzifədə qalıb işləmələri hər iki nazirliyin adına qara ləkə deyilmi?

Bu cür cinayətkarın vəzifədə qalmalarının əsas səbəbkarları mərhum rayon prokuroru və polis şöbəsinin baş müstəntiqi Habil Paşayevdir !!

Prokurorun və polis müstəntiqininin mənimlə ədavət aparması odur ki, mən sübut etmişəm ki, Pərviz rayonda və kəndlərdə prokurorun və polisin göstərişləri ilə adamların səsini yazır və şantaj xarakterli şəkillərini çəkib mantaş edərək polisə və prokurora verir həmin adamları şərlətdirib pullarını aldırmaqla məşğul olan bir adamdır!!

Mənimlə ikinci ədavətləri odur ki, mən iki üç dəfə prokuror mərhum Şıxəli müəllimin qəbulunda olan zaman iki ay idi ki, respublika prokuroru təyin edilmiş Kamran Əliyev olduğu bir halda prokurorluğun dəhlizində asılmış löhvədə baş pokuror Zakir Qaralov və onun müavinlərinin adı yazılmış löhvəyə irad tutaraq şəkilini çəkib baş prokurorluğa və prezident adminstrasiyasına göndərdiyim üçündür.

Tərtər rayonunda Azərbaycan Respublikasının qanunları prokuror və polis orqanları tərəfindən kobdcasına pozulur. “Günahsızlara cəza verilir, günahkarı isə mühafizə edərək cəzadan kənarlaşdırırlar”.

Tərtər rayonunda prokurorluqda və polisdə məmur media və məmur vətəndaşlıq münasibətləri kobudcasına pozulmaqdadır. Ona görə ki , KİV-inin əməkdaşlarının obyektiv işləməklə informasiya hazırlamalarına prokurorluq və polis imkan vermir. Hansı KİV-nin nümayəndəsi düzgün obyektiv informasiya yazırsa, həmin jurnalisti şərləməklə üzünə adam qoydurmaqla məsuliyyətə cəlb edirlər ya da ki, onun oğul-uşaqlarını və yaxın qohumlarını şərləyib polisə apartdırırlar.

Cənab Prezidentimiz İlham Əliyev həmişə çıxışlarında birmənalı olaraq, KİV-i özünün köməkçisi adlandırmışdır. Lakin Tərtər rayon prokuroru və polisi bu fikirlərə  qarşı hörmətsizlik edir, jurnalistləri “qutuda ilan” kimi görürlər.

Mən ərizəmə Tərtər prokurorluğundan çəkdiyim löhvənin şəkilini, Pərviz İsmayılovun bizi təhqiqramiz söyüşlərin yazı fotosunu və zərərçəkmişlərin şəkillərini və səs diskilərini sizlərə göndərirəm baxıb qulaq asıb və sonrada məni bir vətəndaş və KİV-nin nümayəndəsi olaraq qəbul edəsiniz ki, kimin günahkar və günahsız olmasının şahidi olasınız!!

Mən, başda cənab Prezidentim İlham Əliyev olmaqla, cənab Baş prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova inanıram ki, KİV-nin nümayəndəsi olaraq etdiyim şikayət ərizəsini xüsusi nəzarətə götürüb Tərtər rayonunda baş alıb gedən prokuror və

polis özbaşınalıqlarına qarşı layiqli  tədbir görəcəklər.

Düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, İlham Əliyevin uğurla inkişaf etdirdiyi Azərbaycan Respublikasının qanunları, əyalət məmurlarından daha güclüdür! 

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiramla,

Araz Media xəbər portalının xüsusi müxbiri: Natiq İsmayılov

Arazmedia.az

araz.az xəbər portalı.