Koronaviruslu xəstələrə pulsuz verilməli olan müalicə-dərman paketinin apteklərdə satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bu iddia ilə səhiyyə işçilərindən çıxış edənlər də var. Sübut kimi təqdim edilən şəkildə paketin üstündə qiymətinin 53 manat olduğunu göstərən stiker var. İçərisində TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin loqosu olan siyahı və təlimat vərəqində paketə vitamin C, D, “Maqnezium”, “sink”, “L-selenometionim” və hərarətsalıcı “Parasetamol” həbinin daxil olduğu qeyd edilib.
https://7-gun.com/wp-content/uploads/2020/12/tebib-aptek-53-siyahi-225×300.jpg 225w, https://7-gun.com/wp-content/uploads/2020/12/tebib-aptek-53-siyahi-370×493.jpg 370w” data-ll-status=”loaded” style=”box-sizing: inherit; height: auto; max-width: 100%; vertical-align: top;”>
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirdi ki, həmin paketlər TƏBİB-ə məxsus deyil. Üzərində “COVİD-19” yazılan dərman paketləri kimlərinsə şəxsi təşəbbüsü ilə hazırlanıb, satışa buraxılıb və üzərində rəsmi qurumların adı qeyd olunmayıb. Qurum nümayəndəsi deyib:
TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə məxsus olan paketlər regionlarda xəstələrə pulsuz paylanılır. Bu paketlər isə TƏBİB-ə aid deyil, onların üzərində TƏBİB-ə aid heç bir loqo yoxdur. TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərin hər iki tərəfinin üzərində TƏBİB-in loqosu var. Amma sosial şəbəkələrdə paylaşılan dərman paketlərinin üzəri hansısa aptek tərəfindən dizayn olunub”.
araz.az xəbər portalı.