derman

Həkim pulmonoloq Əlizamin Sadıqovun COVİD-19 barədə yazısını təqdim edirik:

– Əgər ailədə bir adam COVİD-19-a tutulubsa, sözsüz hamı tutulub, analizin neqativ çıxmasına baxmayaraq. Analiz götürülmə vaxtından asılı olaraq yanlış neqativ göstərə bilər. Xəstəliyin 2-4-5-ci günləri analiz düzgün gostərir. Ona görə yoxlanan hər iki adamdan birində səhv gostərir.

Ona görə əlaqədə olanların analizi neqativ çıxsa da, COVİD sayılır. Simptomsuzlar 10 gün, əlamət olanlar 14 gün evde qalmalıdırlar. 80 faiz hallarda COVİD simptomsuz keçir.

– COVİD-in tüğyan elədiyi bir vaxtda adi qrip olmur, ən azından hamı maskada gəzdiyindən, həm də  COVİD-19-un gücündən. Ona görə kataral əlamətləri olan analizi neqativ çıxan hər bir kəsə COVİD kimi baxılmalıdır. 14 gün evdə qalmalıdır. Bu arada, adi qrip COVİD-dən heç nə ilə ferqlənmir. Tək iybilmə dadbilmə burada çox pozulur.

– Bədən temperaturunun 37,4 dərəcəyə qədər olması norma sayılır. Egər başqa əlamətlər varsa, onda patologiya sayıla bilər.

– Asimptomatik COVİD xəstələrinə heç bir müalicə lazım deyil, sadəcə, 10 gün evdə qalmaları kifayətdir.

– Yüngül əlamətləri olan (iybilmə, dadbilmənin pozulması, kürəkdə ağrı, əzələ ağrıları, əllərin, ayaqların keyiməsi, paresteziyalar, qusma, diareya…) xəstələrə də mualicə lazım deyil, 14 gün evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə (diabetiklər, ürək xəstələri) antiviral və antikoaqulyant müalıcə təyin olunur.

– Antiviral dərmanlardan “Arbidol”u, “Erqoferon”u, “Tamiflu”nu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız “Favipravir” tam təsdiqini tapmasa da, xəstəliyin erkən fazalarında 8-ci gününə qədər təyin etdikdə effekt verir. Təngnəfəsliyi olan ağır xəstələrə, espirator distress sindromunda, sitokin qasırğasında favipravir təsir etmir, burada “Remdesevir” öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.

– Antikoaqulyantların (heparin, kleksan) təyini.Əgər d-dimer normanın aşagı səviyyəsi (500) 6 dəfə artarsa, yəni 3 000-dən yuxarı olarsa təyin olunur. Aspirinin d-dimerə heç bir təsiri yoxdur, o protrombin vaxtına təsir edir. Ona görə aspirini problemli xəstələr əvvəl qəbul edirdilərsə, eləcə də davam edirlər.

– Xəstəliyin əsas ağırlıq göstəricisi  d-dimer və lımfositlərin sayına baxmaq lazımdır. Lımfositləri 0 olan xəstə ölür.

– Bütün həkimlər yüksək dozada Vit.C yazırlar. Ancaq bu, düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər arter-venoz trombozunu, insult, infarktı yaradır. Bu yandan da böyük doza vit.C qanı qatılaşdırır. Ümumiyyətlə, vitC-nin patoqenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır.

– Bütün Baki azitromisin içir, ancaq heç bir təsiri yoxdur. Xaricdə artıq azitromisin effektsiz bir dərman kimi sıradan çıxarılır, işlədilmir. Təyin etməyin azitromisini! Eyni zamanda bu lazımsız vitaminləri də təyin etmək lazım deyil, mənasızdır.

– Ancaq təngnəfəslik olanda KT lazımdır. Asimptomatik xəstədə KT  20%-ə qədər zədələnmə göstərərsə, heç nə etmək lazım deyil, özu sovrulacaq. Ümumiyyətlə, təngnəfəslik verməyən fibroza müalicə lazım deyil.

– Aspirinin təyininə dair: aspirin risk qrupunda (ürək damar xəstəlik) təyin olunur. Arterial trombozda aspirin, venoz trombozda antikoaqulyant təyin olunur. Türkiyədə sağalandan sonra da aspirini 3 həftə icməyi məsləhət görürlər. Ağciyər arteriyalarının venoz trombozu təhlükəsində heparin və ya kleksanı 1 ay təyin etmək lazımdır. Bu səbəbdən bəzən COVİD-19-dan sağalmış xəstə xəstəliyin 28-ci günündə qəfildən ölür. Trombositlərin sayı 100 000-dən yuxarı olanda qorxmadan antikoaqulyant təyin etmək olar, qanaxma olmur.

– Qripp vaksini alan xəstələr COVİD-19-u yüngül keçirir.

– Uşaqlar, hamilələr yüngül kecirir, evdə oturmaları çoxlu maye qəbul etmələri kifayətdir.

– Vərəm keçirmiş adamlarda COVİD vərəmi qaldırmır. Ağırlaşmasına təsir etmir.

– Autoimmun xəstələr ağır kecirir, çünki immunosupressorlar qəbul edirlər. Bu səbəbdən COVİD-də mütləq 15 gun müddətinə sitostatiklərə və QK-ə fasilə vermək lazımdır.

– Diabetiklərdə şəkərə nəzarət olmazsa, letallıq cox olar.

– Xəstədə öskürəkdən başqa heç bir əlamət yoxdursa, KT təmizdirsə, bu allerqik mənşəli öskürək ola bilər. Burada bronxolitikler effekt verir.

– Rentqen ağciyərdə 20%-ə qədər zədələnməni göstərmir, KT göstərir.

– Xəstəlik nə qədər ağır keçərsə, immunitet o qədər güclü olur, 1-2 ilə qədər təkrar yoluxma olmur, olsa da çox yüngül keçir. Bunu yoxlamaq ucun qanda lgG-ni yoxlamaq kifayətdir.

– Ciyərləri 80-90% zədələnənlərdə sağalandan sonra ağciyərlərin tutumu azaldığından halsızlıq, yorulma, təngnəfəslik qalır. Bunlara mütləq reabilitasion tədbirlər görmək lazımdır: Tənəffus gimnastikası, inqalyasion tədbirlər, fibroza qarşı antifibrotik müalicə lazımdır.

– Sağalmanı təyin etmək üçün 10-12-14-cü günlərdə iki dəfə test neqativ çıxmalıdır. D-dimer tez normallaşır, ferritin isə uzun müddət yuxarı qala bilər. Bu özu yaxşı əlamət deyil, xəstəliyin hələ də aktiv qaldığını göstərir.

– COVİD virusu adətən qanda 12-14 gün qalır. İmmun sistemi zəif adamlarda, yanaşı ağır xəstəlikləri olanlarda da 24 gun, 1 aya qədər qala bilər. Xəstəlikdən sonra postcovid sindrom ola bilər. Bu davamlı halsızlıq, kürəkdə ağrı, öskürək, təngnəfəslik kimi özünü göstərir.

araz.az xəbər portalı.