Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Ən önəmlisi isə sağalanların sayı yoluxanlardan iki dəfə çox olub. Belə ki, dekabrın 20-də 2 961 nəfər koronavirusa yoluxub, 4 317-ü nəfər isə sağalaraq evə buraxılıb. 35 nəfər də “COVID-19″dan vəfat edib. Bu azalma dinamikası davam edərsə, növbəti həftələrdədə “sms iczə” sistemi ləğv edilə bilərmi?
Deputat Ceyhun Məmmədov bildirib ki, bir neçə gündür ki, Azərbaycanda gündəlik yoluxanların və ölənlərin sayında azalmalar var:
“Sərt karantin rejimi bu azalmalarda xüsusi rol oynadı. Amma növbəti günlərdə yoluxma dinamikası necə olacağı ilə bağlı konkret bir fikir səsləndirmək çətindir. Ümumiyyətlə bu məsələ bir-biri ilə bağlıdır. Yəni qonşu və digər ölkələrdə biz bu sərt karantin rejiminin tətbiqini görürük. Bu ümumi bir tendensiyadır.
Əgər gündəlik yoluxanların sayında ciddi azalma olarsa, sərt karantin rejiminin yumşaldılması və “sms icazə” sisteminin ləğv edilməsi məsələsinə baxıla bilər. Amma ümumi vəziyyətə baxdığmızda pandemiya bir müddət davam edəcək. Gündəlik yoluxanların sayında azalma dinamikası davam edərsə, tətbiq edilən məhdudiyyətlərin aradan götürülməsi müzakirə oluna bilər. Bu məsələdə hər bir vətəndaşın üzərində ciddi məsuliyyət düşür. Hamı çalışmalıdır ki, qoyulan qaydalara əməl edərək özünü, yaxınlarını və ətrafdakı insanları qorusun. Bu elə bir bəladır ki, yoluxdurma yolu ilə bu xəstəlik daha da yayılır. Ona görə də konkret fikir söyləmək çətindir. Ümid edək ki, gündəlik yoluxanların sayında bu azalma dinamikası davam edəcək”. /sonxəbər.az/
araz.az xəbər portalı.