Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin etirazı səbəbindən Sünik vilayətinə səfərini yarıda dayandırıb.
Yerli KİV-lər xəbər verir ki, bu gün hökumət başçısının bölgənin Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılırdı.
Lakin N.Paşinyan həmin şəhərlərə gedə bilməyəcəyini bildirib. Hökumət başçısı səfərin şəhərə gedən yolun sakinlər tərəfindən bağlandığına görə baş tutmadığını vurğulayıb.
Qeyd edək ki, məlumata görə, o, vilayətin Sisian şəhərinə helikopterdə gedib.
Xatırladaq ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib//Report
araz.az xəbər portalı.