xeberim 185129416a860687ea0d2205ef609732 95avom4jqrw2ugls60yb 620x415

Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi sonluqdan qaçmaq üçün mübarizə tədbirlərinin daha da sərtləşdirilməsini məsləhət görürlər.

araz.az  Sfera.az-a istinadən bildirir ki, pandemiya ilə əlaqədar preventiv tədbirlər görülsə də, vətəndaşların qaydalara əməl etməsində müəyyən çatışmazlıqlar hələ də qalır.

Nəticədə virusun sirkulyasiyası yüksək olmaqda davam edir. Pulmonoloq Elzamin Sadıqov AZTV-yə deyib ki, hər hansı respirator xəstəliyin simptomu olan şəxs evi tərk etməməlidir: “Fərqi yoxdur ki, bu, COVID-19-dur, yoxsa yox. Gigiyena qaydalarına əməl edilməlidir. Xəstə ola-ola kollektivlərə getmək düzgün deyil”.

araz.az xəbər portalı.