“Onlayn elçiliklərə müsbət yanaşmıram. Bütün həyatımızı virtual dünyaya keçirmək olmaz. Biz real həyatda yaşayırıq və yaşamalıyıq, robot deyilik. Ailə virtual komputer oyunu deyil, internet üzərindən qurulmur. Bizim minillik ailə sisitemimiz, mənəvi dəyərlərimiz, gözəl adət-ənənlərimiz var, hansı ki illərin sınağından uğurla çıxıb”.
Bu sözləri Redaktor.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. O bildirib ki, pandemiya ilə bağlı müəyyən toplanmalara məhdudiyyətlər var, lakin bu o demək deyil ki, elçilik, nişan məqasimləri onlayn formada həyata keçirilməlidir:
“Bir neçə nəfər evdə yığışıb bunu danışa bilər, burada heç bir problem yoxdur. Belə halların təbliği dəyərlərimizə, ailə institutumuza zərər vurur. Onsuz da son dövrlərdə televiziyalarda və digər yerlərdə qərb həyat tərzinin və dəyərlərinin fasiləsiz təbliği nəticəsində ailə dəyərlərimiz dağılb, boşanmalar pik həddə çatıb. Demək təcrübə göstərr ki, ənənəvi qaydalar daha uğurlu, effektlidir, yeni qaydalar isə tam biabrçılıqdır, məhvə aparır. Əlbəttə, burada istisnalar ola bilər – ailələr bir-birindən uzaq ölkələrdə yaşayırsa və heç cür bir araya gələ bilmirlərsə, belə vasitələrlə əlaqə yaradıb müzakirə edə bilər və bir qərara gələ bilərlər, lakin bu dediyim kimi istisna hallar ola bilər.
Ümumiyyətlə, hər yenilik heç də həmişə fayda vermir, əksinə təcrübədə görünür ki ki, yeniliklərin çoxu zərər verir. Yalnız faydalı yenilikləri qəbul etmək olar. Dövrlərin sınağından çıxmış, real həyatda müsbət təcrübələr göstərmiş ənənələr daha faydalıdır, nəinki, nəticəsi bəlli olmayan və ya pis nəticəsi artıq müşahidə olunan eksperimentlər”.
Şəfəq Samed \ Redaktor.az
araz.az xəbər portalı.