Ötən gündən Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində magistral kanalizasiya borusunun çökməsi nəticəsində şəhərin yarıdan çox hissəsində içməli suyun verilişi dayandırılıb. Bununla yanaşı, ərazidə olan bir sıra obyektləri də kanalziasiya suları basıb, orada olan avadanlıqlar, ləvazimatlar suyun altında qalaraq yararsız hala düşüb.
Sumqayıt Sukanal İdarəsindən Xeberle.com-a verilən məlumata görə, əraziyə mütəxəssislər cəlb olunub və təmir bərpa işləri hələ də davam edir. Qurumdan kanalizasiya borusunun çökməsi nəticəsində bir çox mənzillər və obyektlərin kanalizasiya suları ilə dolduğunu təsdiq ediblər. Qeyd olunub ki, baş vermiş qəza tamamilə aradan qaldırıldıqdan sonra ziyan dəymiş subyektlər barəsində araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək.
Xədicə Səxavətqızı
Xeberle.com
[bt_youtube url=”https://www.youtube.com/embed/nqEn8Jdqw3M” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.