Zəngəzur

Ermənistan noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq, Azərbaycana təzminat ödəməlidir. Erməni mediasına açıqlama verən bəzi erməni siyasətçiləri Zəngəzur və Qafanın kəndlərini təzminat müqabilində verilməsini təklif edib.

Maraqlıdır ki, erməni siyasətçilərinin təklif etdiyi kimi Zəngəzur və Qafan Azərbaycana təzminat müqabilində verilə bilərmi?

araz.az xəbər verir ki, Hurriyyet.org-a açıqlama verən politoloq Şahin Cəfərli, Ermənistanın buna razı olacağı təqdirdə Rusiya və İran dövlətlərinin buna qarşı çıxacaqlarını deyib. Çünki, Zəngəzur və Qafan Azərbaycana verilərsə, Türkiyəylə quru yolu tam bərpa olacaq:

“Düzdür ki, Ermənistan ordusu darmadağın edilib və pis vəziyyətdədir.  Hazırda daxillərində vəziyyət qarışıqdır. Aciz və köməksiz vəziyyətdədirlər. Bütün bunlar o demək deyil ki, Azərbaycan Ermənistan ərazilərini ələ keçirə bilər. Ümumiyyətlə, Azərbaycanın belə bir siyasəti yoxdur. 

İrəvan da bizim tarixi ərazimizdir. Amma, beynəlxalq qanunlara görə Ermənistan ərazisi gedir. Yəni, Azərbaycanın Ermənistan ərazilərini ələ keçirtmək kimi dövlət siyasəti yoxdur. Bunu Azərbaycan prezidenti də çıxışlarında qeyd edib. Digər tərəfdən, Ermənistan əraziləri “müdafiə çətiri” altındadır. Bizim o əraziləri ələ keçirməyimiz mümkün deyil. Yəni, hərbi yolla mümkün deyil. Sülh yolu ilə o halda mümkün ola bilər ki, Ermənistan buna razılıq versin. Bu baxımdan, bu cür fikirlərə qapılmağa da ehtiyac yoxdur. 

Təzminat müqabilində bizə torpaq verməsi də istisnadır. Bunun özü də mübahisəli məsələdir. Təzminatın hansı beynəlxalq orqanın müəyyən edəcəyi hələ məlum deyil. Görünür ki, maddi təzminatın alınması məsələsi də sual altındadır. Dediyim kimi, torpaq məsələsi istisnadır. Əgər, Ermənistan buna razı olsa belə, Rusiya və İran dövlətləri buna razılıq verməz. Ermənistan Zəngəzuru Azərbaycana verdiyi təqdirdə Türkiyəylə Azərbaycan arasında quru əlaqələri bərpa olacaq. Bu səbəbdən İran və Rusiya buna etirazını bildirəcək. Maddi təzminat ehtimalı prinsipcə mümkündür. Bu da çox çətin bir prosedurdur. Azərbaycanın hansı beynəlxalq məhkəmə instansiyasına müraciət edəcəyi hələ qeyri-dəqiqdir. Bu işə Avropa İnsan Haqları Məhkəməsi, ya da  HAAQA Beynəlxalq Məhkəməsinin baxmaq ehtimalı var. Müraciət etdiyimiz təqdirdə belə, sözgüdən beynəlxalq məhkəmə orqanlarının yüksək miqdarda təzminat təyin edəcəkləri hələ sual altındadır…”

araz.az

araz.az xəbər portalı.