1608715829 614

 
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənablarına
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarına
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, təhlükəsizlik xidməti general-polkovniki Əli Nağıyev cənablarına
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisi Nazim Rəcəbov cənablarına

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının sədri Samir Nuriyev cənablarına

AÇIQ  MÜRACİƏT

Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!

Hamımız çox gözəl bilirik ki, mətbuat xalqın tribunasıdır, dövlətçiliyimizin dayağıdır. Mətbuat orqanı olaraq (www.milletinsesi.info) vəzifəmiz xalqın səsini, harayını geniş ictimaiyyətə çatdırmaqdır.

Bir neçə gündür ki, Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda fəaliyyət göstərən “Proqress-2016” Mənzil Tikinti Kooperativi tərəfindən aldadılan bir qrup vətəndaşın problemlərin və cənab Prezident Sizə, eləcə də Mehriban xanım Əliyevaya ünvanladıqları müraciətlərini (“Emil Səməndərov tərəfindən aldadılan vətəndaşlar Prezident İlham Əliyevdən və I Vitse-Prezident Mehriban xanım Əliyevadan kömək istəyir” adlı məqalə
Həmçinin, vətəndaşların mülkiyyət hüquqlarının pozulması istiqamətində apardığımız araşdırmalardan bəlli olmuşdur ki, “Proqress-2016” MTK-nın inşa etdiyi, 5 bloklu, 364 mənzil 500 nəfərdən çox vətəndaşa satılmaqla yüzlərlə vətəndaşı aldadılmışdır.
Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!

Qeyd etmək lazım gəlir ki, hüquqları pozulan insanlar bu günə qədər “Proqress-2016” MTK tərəfindən get-gələ, süründürməçiliyə salınmışdır. Nə verdikləri pulu ala bilirlər, nə də mənzillərini.

Vətəndaşların müraciətlərini dərc etdiyimə görə “Proqress-2016” MTK-nın sədri Emin Səməndərov adlı şəxs dünən saat 12.36 radələrində mənə 050 211 37 49 nömrə ilə telefonuma zəng edərək məni ən nəlayiq söyüşlərlə təhqir etmiş və məni öldürtdürüb, qanımı batıracağını bildirmişdir.
Hörmətli, cənab Prezident,
Hörmətli, Cənablar!
Haram pullar hesabına harınlamış MTK sədrinin ölüm hədələri təbii ki, məni eləcə də ailəmi çox narahat edir.

Hörmətli cənab Prezident,
Hörmətli, Cənablar!
Mənim əmin-arxayın yaşamağım naminə təhlükəsizlik tədbirləri görülməsinə və “Proqress-2016” MTK sədrinin söyüşlərinə hüquqi qiymət verilməsinə xüsusi göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.

Tam əminliklə deyə bilərəm ki, “Proqress-2016” MTK sədri layiq olduğu cəzanı alacaq, ədalət şər üzərində zəfər çalacaq.
Xatırlatmaq istəyirəm ki, unudulmaz, Ulu Öndərimiz Heydər Əliyev çıxışlarında tez-tez vurğulayardı: Dövlətçilik iki halda sarsıla bilər: “Bir günahkar cəzasız qalanda, bir də günahsız cəza alanda”.
Səmimi hörmətlə,
MillətinSəsi.info saytının təsisçici və
baş redaktoru Abbaslı Tahir Tapdıq oğlu

araz.az xəbər portalı.