Artıq yaxın günlərdə 600 min vətəndaşa pandemiya səbəbindən 190 manat ödəniş ediləcəyi açıqlandı. Lakin bəzi vətəndaşlar birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən bu ilin aprel-may ayında təqdim edilən kartları itirdiklərini bildiriblər. Maraqlıdır, sözügedən kartı itirən şəxslər 190 manatı növbəti dəfə necə alacaq?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, bununla bağlı məsələni vətəndaşa kartı verən bank tənzimləməlidir:
“Bu barədə vətəndaş kartın məxsus olduğu bankla danışa bilər. Çünki vətəndaşlara kartlar banklar tərəfindən verilib. Kartını itirənlərə birdəfəlik ödəmənin hansı şəkildə verilməsini onlar tənzimləyə bilərlər”.
araz.az xəbər portalı.