WhatsApp Image 2020 12 25 at 15.52.12

 
“Putinin 1988-ci ildə baş verən Sumqayıt hadisələri barədə açıqlamalarına etdiyim etiraza Rusiya Federasiyasının Prezident Administrasiyasından cavab verildi”, — bunu
hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb.
Hüquqşünas qeyd edib:
 
“Rusiya Prezidenti Vladimir Putinin 1988-ci il Sumqayıt hadisələri barədə verdiyi, tarixi və hüquqi faktları əks etdirməyən yerli-yersiz açıqlamaları, sözsüz ki, Federasiyasının özü üçün siyasi bir nəticəyə hesablanıb. Eləcə də, bu, Rusiyanın Azərbaycana qarşı ənənəvi siyasətinin tərkib hissəsidir. Bəllidir ki, Qarabağ konfliktinin həlli Cənubi Qafqaz regionunun inkişafını və region dövlətlərinin Rusiya təsirindən tam şəkildə çıxmağını əngəlləyən Rusiya üçün, bu günə kimi, effektli bir təsir vasitəsidir. Bu ölkə üçün belə bir vasitəni itirmək, onun regionda siyasi mövqeyinin itirilməsi anlamına gəldiyindən, sözsüz ki, ermənilərlə  azərbaycanlılar arasında nifaqın davam etdirilməsinə ən çox Rusiya maraqlıdır.  
Bu baxımdan da, Rusiya dövlətinin 1-ci şəxsinin dilindən 1988-ci il Sumqayıt hadisələrinin tez-tez gündəmə gətirilməsi, həmin hadisələrin tam olaraq tarixə, hüquqa və faktlara zidd formada dünya ictimaiyyətinə təqdim etdirilməsi və bu hadisələrin nəticəsi kimi, ermənilərin məcburən silaha əl atmasına haqq qazandırması, təbii ki, Rusiyanın Azərbaycana qarşı istəklərinin tam reallaşdıra bilməməsinə  sübut, Azərbaycana qarşı mümkün gələcək namərd planların anonsudur.  
Putinin sözü gedən açıqlamaları məni bir azərbaycanlı kimi narahat etdiyindən, 21.12.2020-ci il tarixində, rəsmi qaydada Vladimir Putinə müraciət etdim və onun 1988-ci il Sumqayıt hadisələri barədə həqiqəti əks etdirməyən açıqlamalrına etirazımı çatdırdım. Həmin hadisələrin əsl tarixi və hüquqi faktlarını onun diqqətinə çatdırdım.  Vladimir Putinə etirazım haqqında, 1988-ci il Sumqayıt hadisələri barədə əsl həqiqətləri  və eləcə də Sumqayıt hadisələri ilə bağlı SSRİ-ın Baş Prokurorluğunun cinayət işi haqqında məlumatları Rusiyanın 6 ən yüksək reytinqli qəzetlərinə — “Moskovskiy komsomolets”, “Rossiyskaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Arqumentı i faktı”“Ekspres qazeta”-ya ünvanladım.  
Vladimir Putinə ünvanladığım etirazıma Rusiya Federasiyası Prezident Administrasiyasından cavab aldım. Həmin № А26-20-И-5456271 saylı cavabda belə yazılıb: “Rusiya Prezidentinə müraciətiniz qəbul olunub. Verdiyiniz məlumat və fikirləriniz nəzərə alınıb”. Etirazımla bağlı müraciət etdiyim Rusiyanın aparıcı mətbuat orqanlarının  bəziləri isə, 1988-ci il Sumqayıt hadisələri barədə onlara ünvanladığım  məlumatların nəzərə alınacağını bildirən cavab veriblər.”WhatsApp Image 2020 12 25 at 15.52.30
araz.az xəbər portalı.

araz.az xəbər portalı.