1608902449 tass 30445670
“Rusiya Krımdan Ukraynaya hücum edəcəyi təqdirdə böyük müharibə başlayacaq və Kiyev həm kişiləri, həm də qadınları səfərbər edəcək”. 


araz.az  Ovqat.com-a istinaən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelensky “Focus” jurnalının bugünkü buraxılışında dərc olunan müsahibəsində deyib.

Rusiyanın Krımdan bir hücumunun mümkün olub-olmadığına dair sualı cavablandıran Zelenski bildirib ki, bu dəhşətli bir hadisə olar, və bunu təsəvvür etmək belə istəmir.


“Mən buna qarşıyam. Ümid edək ki, bu mümkün olmayacaq. Əks təqdirdə böyük bir müharibə olacaq. Heç bir yerə getməyəcəyik, hamımız mübarizə aparacağıq, hamı səfərbər olacaq – həm kişi, həm də qadın. Ukrayna əhalisi üçün pis olacaq. Və düşünürəm ki, Rusiya bunu çox yaxşı başa düşür”, – Ukrayna prezidenti belə deyib.

Acınacaqlıdır ki, hər kəs Ukraynadan Krımı və Donbassı işğal edən rus ordusuna qarşı hansısa adekvat addımlar gözlədiyi bir vaxtda ölkə prezidenti Zelenski Rusiyanın hücumu ehtimalına belə, çəkinə-çəkinə cavab verir. Hətta bu hücumun Rusiyaya baha baş gələcəyi barədə yalandan əsib guruldamır da. Əksinə, Rusiya hücum edərsə, bunun Ukrayna üçün pis nəticələnəcəyini bildirir. Bu çəkingən mövqe ilə Moskvanı necə geri çəkilməyə məcbur etmək olar?

Xatırladaq ki, Ukrayna hökuməti 2013-cü ilin sonlarında Ukrayna-Avropa Birliyi Ortaqlıq Anlaşmasını imzalamaqdan imtina edincə, xalq üsyana qalxdı. Bir neçə ay davam edən etiraz nümayişləri sayəsində 2014-cü ilin fevralında prezident Viktor Yanukoviçi devrildi. Moskva isə onun Ukraynadakı qolçomaqlığını qəbul etməyən xalqı cəzalandırmağa qərar verdi. Əvvəl Krımı, daha sonra isə Donbassı işğal etdi.

araz.az xəbər portalı.