Bəşər Əsəd rejimi Şərqi Qutanın Arbin bölgəsində yerləşən bir sığınacağa aviazərbələr endirib.
Bakunews.az axar.az-a istinadən xəbər verir ki, Suriya ordusunun aviazərbələri nəticəsində 37 nəfər yanaraq dünyasını dəyişib.
Məlumata görə, sığınacaqda olanların yanaraq ölməsinə səbəb rejim qüvvələrinin qadağan edilmiş, yandırıcı təsirə malik “Napalm” bombalarından istifadəsi olub. Hücum nəticəsində öldürülənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.
Qeyd edək ki, suriyalı müxaliflərin nəzarətində olan Şərqi Qutanı rejim qüvvələri mühasirədə saxlayır.
araz.az xəbər portalı.