Azərbaycan prezidenti İlham Əliyevi 59 yaşının tamam olması münasibətlə müxtəlif dövlətlərin liderləri təbrik etdilər. Təbrik edənlər arasında Ukrayna prezidenti Vladimir Zelenski də var idi. O İlham Əliyevə məktub göndərdi.
Məktubda bunlar yazılmışdı:
“Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur. Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.
Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir. Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasibfürsətdəSizirəsmisəfərləKiyevdəgörməyəşadolardım.CənabPrezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzuedirəm”.
Məktubdakı cümlələrdən də görünür ki, Vladimir Zelenski Azərbaycanla əlaqələrə önəm verir və İlham Əliyevin Ukraynaya səfər etməsini istəyir. Bu səfərin aktuallığı böyükdür.
Birincisi, Vladimir Zelenski Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana rəsmi səfər edərək İlham Əliyevlə görüşüb. O Ermənistana səfər etməyib və bu İrəvanda narazılıqla qarşılanıb.
İkincisi, Ukrayna Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədə Azərbaycanı dəstəklədi, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladı.
Üçüncüsü, Ukrayna Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirir. Bu da Azərbaycan üçün vacib amillərdən biridir.
Dördüncüsü, Ukraynanın bəzi şirkətləri işğaldan azad olunmuş Azərbaycan rayonlarının bərpasında, infrastruktur çalışmalarında, o cümlədən yeraltı yataqlarının istismarında iştirak etmək istəyirlər.
Beşincisi, İlham Əliyev Ukrayana rəsmi səfər etməklə xarici siyasətdə balansa üstünlük verəcəyini göstərəcək. Azərbaycanın Rusiyanın normal tərəfdaşlıq münasibətləri olsa da, İlham Əliyev Kiyevə rəsmi səfər etməklə Ukrayna ilə strateji tərəfdaşlığa da önəm verəcəyini göstərəcək.
“Atlas” Araşdırmalar Mərkəzi
araz.az xəbər portalı.