Sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi üçün başlatdığı əks-hücum zamanı minlərlə erməni hərbi qulluqçusu məhv edilib.
Reyting.az-ın əldə etdiyi məlumata görə, müharibənin getdiyi günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında dura bilməyəcəyini gördükdən sonra polis əməkdaşlarını da hərbi əməliyyatlara cəlb edib. Bunun nəticəsində Ermənistanın 65 polisi məhv edilib, 124 polis əməkdaşı isə yaralanıb.
Araşdırmamız zamanı məlum olur ki, Azərbaycan Ordusu Ermənistan polisinin onlarla zabitini məhv etməyi bacarıb.
Bunların arasında kapitan, mayor, polkovnik-leytenant, polkovnik rütbələri daşıyanlar da var.
Mayor Tatul Otaryan, mayor Vaqe Kazaryan, mayor Vazgen Qriqoryan, mayor Artuş Zoqrabyan, baş leytenant Karen Badoyan, kapitan İqor Voskonyan, mayor Sarkis Navasardyan, mayor Armen Qriqoryan, kapitan Srap Şaqinyan, mayor Akop Aqabekyan, mayor Karen Manukyan, polkovnik-leytenant Hamlet Mikoyan, kapitan Akop Tovmasyan, mayor Simon Avakyan, baş leytenant Rafael Naapetyan, polkovnik Vaqe Atabekyan Azərbaycan Ordusu tərəfindən zərərləşdirilib.
Yeri gəlmişkən, Ermənistan polisinin bir neçə yüksək çinli zabiti müharibədə itkin düşüb. Bunlar – polkovnik Armen Vardanyan, polkovnik-leytenant Arman Akopyan, leytenant Karapet Melkonyan, polkovnik-leytenant Armen Kazaryandır.
Qeyd edək ki, erməni mətbuatının açıqladığı siyahını Ermənistan Polis İdarəsi də təsdiqləyib.
araz.az xəbər portalı.