1608881160 288

Abşeron Rayon İcra Hakimiyyəti abadlıq işlərinin satınalınması ilə bağlı müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, “Şabran D” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri 64 356.26 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Şabran D” MMC 12 dekabr 2007-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92A, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Bədəlov Cəlal Bayram oğludur.

http://reportyor.info/wp-content/uploads/2020/12/received_3569279886484348-768×291.jpeg 768w, http://reportyor.info/wp-content/uploads/2020/12/received_3569279886484348-750×285.jpeg 750w, http://reportyor.info/wp-content/uploads/2020/12/received_3569279886484348.jpeg 862w” alt=”” width=”671″ height=”255″ data-pin-no-hover=”true” style=”box-sizing: border-box; margin: 0px; padding: 0px; font-family: Roboto, sans-serif; max-width: 90%;”>

Maraqlıdır ki, Cəlal Bədəlov Şabran İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub. Yayılan məlumatlara görə, tərəflər arasında 227 min manatlıq məhkəmə mübahisəsi baş verib.

Cəlal Bədəlov özü də bu məsələni ictimailəşdirib. Onun məsələ ilə şikayətləri mediada dərc edilib. Şikayətlərdən birini təqdim edirik: “Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştiraka razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq 227.000 (iki yüz iyirmi min) manat pul verdim.

Sonradan bu şəxs tərəfindən aldandığımı görüb pulları geri istədim. Mehdi Balabəyov çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50.000 (əlli min) manat qaytardı və yenə də gözləməyi təklif etdi.
Lakin qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq, məndən aldığı pulları qaytarmaq istəmir.

Mən bu dəfə sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz”.

Göründüyü kimi Cəlal Bədəlov açıq şəkildə yazır ki, Şabran Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olmaq üçün 227 000 AZN “şapka” verdiyini etiraf edir. Bu fakt Abşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin şəffaflığına şübhə salır. İstər-istəməz adamı “Görəsən, bu tender üçün də “şapka” verilibmi?” sualı düşündürür.

Yeri gəlmişkən, bu qalmaqala baxmayaraq bir neçə gün əvvəl Şabran rayon İcra Hakimiyyəti bir gündə 2 tender keçirib. Hər iki tenderin qalibi “Şabran D” MMC olub.

Müqaviləyə əsasən Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik “Şabran D” MMC-yə ödəniləcək.

Qarşı tərəf kimi adları çəkilən şəxs və dövlət orqanlarının da münasibətin ictimailəşdirməyə hazırıq.

Mənbə Reportyor.info 

araz.az xəbər portalı.