korona vaksinasiya

SARS-CoV-2 – koronavirusun  yeni növü, bir başqa adı ilə COVİD-19 ötən pandemiya ili dövründə dəfələrlə mutasiyaya uğrayıb və bunu elm qeydə alıb.  Yeni ştamlar – virusun yeni versiyaları digərlərindən xaraktercə çox da fərqlənməyib. Lakin virusun son variantı əvvəlkilərdən fərqlidir.

Şərti olaraq VOC 202012/0 kimi qeyd olunan SARS-CoV-2 (COVİD-19 ) koronavirus ştamı (variantı)  Böyük Britaniyadakı (Londondakı) İnfeksiyalı Xəstəliklərinin Riyazi Modelləşdirilməsi Mərkəzində (CMMID) araşdırılıb.

Avropanın mərkəzi mətbuat orqanlarında da dərc olunan elmi-nəzəri ehtimallara görə, koronavirusun yeni versiyası  bu zamanadək bəlli versiyalarından  56 faiz daha yolxucudur.

Britaniyalı alimlərin bədbin proqnozlarına əsasən, yeni versiya  daha yolxuducu olduğundan  daha sürətlə yayılacaq və bu səbəbdən gələn il ötən ilə nisbətən daha ağır keçə bilər.

CMMID-in elan etdiyi elmi araşdırmanın nəticələrinə əsasən,  SARS-CoV-2-nin yeni versiyasının – VOC 202012/01-in  xəstələrin vəziyyətinin  ağırlaşmasına və ya daha ölümcül olacağına, yaxud əksinə, xəstəliyin yüngül keçəcəyinə  dair dəqiq sübut əldə edilməyib.

Alimlərin fikrincə, koronavirusun yeni variantının yayılmasının qarşısını hazırda həyata keçirilən tədbirlərlə kəsmək mümkün deyil. Onlar məktəb və universitetlərin bağlanılmasını, karantin qaydalarını sərtləşdirməyi  təklif edirlər. Mütəxəssislər xəbərdar edir: şərtlərin yüngülləşdirilməsi yoluxmanı yenidən alovlandıra bilər, “şəraiti nəzarətə götürmək üçün vaksinasiyanı  xeyli sürtələndirmək lazımdır”.

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) yeni versiyanın artıq 8 ölkədə qeydə alındığını bildirib. ÜST-ün qeydlərinə görə,  virusun yeni ştamının (variantının) daha bir “özəlliyi” cavanları da sürtələ yoluxdurmasıdır.

Məsələyə  “BioNTech”  vaskininin əsas müəllifi – Uğur Şahin də münasibət bildirib. O, DW-yə müsahibəsində deyib ki, onların hazırladığı preparat böyük ehtimalla koronavirusun bu yeni versiyasına qarşı da effektli olacaq. O, eyni zamanda qeyd edib ki, zərurət yaranarsa, müvafiq dəyişikliklə yeni vaksini 6 həftə ərzində hazırlaya bilərlər.

araz.az xəbər portalı.