1382264739 qafan

Azərbaycanın silahlı qüvvələri Ermənistanın Sünik (Zəngəzur) kəndinin 100 metrliyindədir.

araz.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb. Ermənistan parlamentindəki “Çiçəklənən Ermənistan” fraksiyasının təşkilatçılığı ilə keçirilən dinləmələrdə bununla bağlı Qafan icmasının rəhbəri Gevorg Parsyan həyəcanlı çağırış edib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Qafan şəhərinin yaşayış massivinin 1 kilometrliyində qərar tutub. Parsyan deyib ki, bundan əlavə, Qafan və Zəngəzur istiqamətindəki əhəmiyyətli yüksəkliklər Azərbaycanın nəzarətinə keçib və bir neçə yaşayış məntəqələri düşmən üçün ciddi bir hədəfə çevrilmiş olur.

Aydın şəkildə görünür ki, ermənilər Azərbaycan əsgərinin dövlət sərhədimizdə möhkəmlənməsindən təşviş keçirir və davamlı şəkildə hay-küy salmaqla çıxış yolları tapacaqlarını zənn edirlər.

araz.az xəbər portalı.