314366

 
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ  BAŞ KATİBİ ANTONİO QUTERREŞƏ
 
SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabr ayının 23-də qəbul etdiyi qərara əsasən azərbaycanlıların sürgünü/deportasiyası haqqında
 
MÜRACİƏT
 
CƏNAB  ANTONİO QUTERREŞ!
Sizi salamlayır, möhkəm sağlmlıq və fəaliyyətinizdə uğurlar azulayırıq! 
Diqqətinizə ərz edirik ki, İrəvan Türk Cümhuriyyəti bütün dünyada hər il 23 dekabr gününü Deportasiya Günü olaraq elan etdi. Həmin gün tariximizin facivəi bir səhifəsi kimi hər il anılacaqdır. Onu da nəzəinizə çatdırırq ki, 1918-ci ildə Azəbaycanın tarixi ərazililərində Ermənistan dövlətinin qurulması elan edilmədən öncə həmin ilin may ayınınn 29-da təsdiq olunan protokola əsasən Azəbaycan Milli Şurası məcbur edilərək qədim İrəvan şəhəri də Ermənistana təslim  gedildi. Sonrakı illərdə Azərbaycan əraziləri: Zəngəzurun, Göyçənin, Dərələyəzin və başqa ərazilərin də Ermənistan Sovet Sosialist Republikasının (ESSR) inzibati ərazisinə daxil edilməsi nəticəsində qeyd olunan ərazilərdə daima yaşayan Azərbaycan Türkləri dəhşətli faciələrlə müşaiyyət edilən illər yaşadılar.
Min illər ərzində öz doğma dədə baba torpaqlarında yaşamaqlarına baxamayaraq onlara qarşı kütləvi qırğınlar, sürgünlər, deportasiyalar, qətliamlar / soyqırımları törədilməsi erməni və mərkəzi Sovet Sosialist Respublıkaları İttifaqı (SSRİ)  hakimiyyətinin dövlət siyasəti oldu. O cümlədən, 1930 – 1934 -cü illərdə SSRİ mərkəzi hakimiyyətinin törətdiyi repressiyalar nəticəsində də bəhs olunan ərazilərə mənsub olan on minlərlə Azərbaycan Türkü Orta Asiya və Sibirdəki siyasi həpsxanalarında öldürüldülər.
  
Məlumunuz olsun ki,  İkinci Dünya müharibəsindən sonra  Ermənistan SSR-də 700 min nəfər azərbaycanlı yaşayırdı. Əhalinin say tərkibini öz xeyirlərinə dəyişdirmək üçün erməni şovinistlər yeni qanunusuz fəaliyyətlərə başladılar. Öncə qədim Azərbayvcan torpağı Dağlıq Qarabağın  Ermənistan inzibati ərazisinə birləşdirilməsi tələbi ilə  Ermənistan  SSR Kommunist Partiyasının Birinci katibi Harutyunov SSRİ mərkəzi hökümətinə müraciət etdi. Lakin onun bu cəhdi nəticə vermədiyi üçün 1945-ci ilin noyabrında SSRİ mərkəzi hökuməti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi işinin təşkili haqqında qərar qəbul etdi. İlk olaraq 130 min erməninin Ermənistana köçürülməsi müəyyən edildi. Bu köçürülmə işinə xarici erməni təşkilatları «Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə Fondu 1 milyon dollar pul xərclədilər. İlk köçürülmə gedişatında 100 min erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min)  Ermənistan  SSR-na gətirildi.  Xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün SSRİ  mərkəzi hakimiyyəti və erməni hökuməti doğma yurdlarında yaşayan azərbaycanlıların kütləvi köçürülməsi əməliyyatına başladılar. 
Qeyd ediri ki, SSRİ-nin paytaxtı Moskvada yerləşən mərkəzi kommunist hakimiyyəti bilavasitə şovinist erməni siyasətinə dəstək verərək, azərbaycanlılara qarşı tətbiq olunan sürgün əməliyyatlarını idarə edirdi.  
Beləliklə, SSRİ Nazirlər Soveti  1947-ci il dekabr ayının 23-də  İosif  Stalinin imzası ilə  «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR Nazirlər Soveti isə bu qərarın icra oluması ilə əlaqədar 1948-ci il fevral ayının 2-də əhalinin köçürülməsi haqqında qərar qəbul etdi. Bəhs olunan qərarın icra olunması üçün Ermənistan SSR da msvafiq qərəar etdi.  SSRİ Nazirlər Sovetinin qeyd olunan qərarı ilə əlaqəar 10 mart 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Soveti  ikinci  bir qərar imzalandı. 
Bu qərarlar əhalinin rəyi və fikri nəzərə alınmadan qəbul edilən və insan haqları ilə bağlı beynəlxalq hüquqa zidd olan, o cümlədən beynəlxalq konvensiyalara əməl edilməməsini sübut edən dəlildir. 
Qeyd olunan 4083 saylı qərarla insan haqqları qanunlarına zidd olaraq  Ermənistan SSR-də yaşayan 100 min kəndli / kolxozçu və digər azərbaycanlı əhali zorakılıq tətbiq edilərək Azərbaycan SSR-nin Kür-Araz ovalığına sürgün olundular. Bu sürgün / deportasiya nəticəsində 150.000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına və digər rayonlara məskunlaşdılar. Bu qərarların  icrası zamanı avtoritar-totalitar SSRİ sovet-kommunist rejiminin repressiya qaydaları geniş tətbiq edilərək, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır  yayayış, kəskin iqlim dəyişikliyinə; fiziki və mənəvi sarsıntılara  dözməyərək həlak oldular. Bu deportasiya nəticədə 50.000 insan məhv oldu..  
Sonrakı tarixlərdə də Ermənistan SSR-də yaşayan Azərbaycanlı əhali  basqı və təzyiqlərə məruz qalaraq, ayrı-ayrı illərdə öz torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Bu sürgün əməliyyatı 1988 – 1989-cu illərdə də davam etdirilərək, bütün azərbaycanlı əhali son nəfərinə qədər öz doğma torpaqlarından göçürüldülər. Bu tarixdəki sürgündə də snsanlara qarşı kütləvi işgəncələr tətbiq olunur, qətl edilirdilər.  Nəticə e`tibarı ilə qeyd etmək gərəkir ki, indiki zamanda Ermənistan Respublikası adlanan ölkədə bir nəfər də olsun azərbaycanlı yaşamır. 
 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli  qərarına, beynəlxalq hüquq tələblərinə və qaydalarına zidd olan bu sürgün / depotasiya hadisəsinə indiyədək beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilmədi; sürgün edilən azərbaycanlıların öz doğma torpağlarına / vətənlərinə geri qayıtmalarını tə`min edən heç bi qərar qəbul edilmədi.  
Məhum Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə “1948 – 1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanına da beynəlxalq birlik tərəfindən əhəmiyyət verilmədi. 
 Qeyd olunan məslə ilə əlaqədar beynəlxalq təşkilatlardan, SSRİ-nin varisi olan Rusiya Federasiyasından və Ermənistan  Respublikasından  Azərbaycan xalqına qarşı törədilən cinayətlə əlaqədar müvafiq işlərin görülməsi təlb olunur. 
  
Biz, İrəvan Türk Cümhuriyyəti olaraq  hesab edirik ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları:
1.Azərbaycan xalqına qarşı törədilən cinayət olaraq dəyərləndirilməsini;
2.Bu qərarlar mühakimə edilərək ləğv olumasını;
3.Deportasiya edilən 150 min azərbaycanlı şəxsə və onların nəsillərinə bəraət / reabilitasiya verilməsini;
4.Sürgün olunan azərbaycanlıların öz doğma yurdlarına / vətənlərinə qaytarilamalarını;
5.SSRİ-nin varisi olan Rusiya Federasiyasının sürgün və təqiblərə məruz qalan, öz doğma yuvalarından zorakılıqla çıxarılan Kırım Tatarları, Çeçenlər,  İnquşlar, Balkarlar, Qaraçaylar, Ahıska Tükləri üçün tətbiq olunan vətənlərinə dönüş  qərarları kimi Qərbi Azərbaycandan sürgün edilən əhalinin də doğma torpağlarına / vətənlərinə dönmələri haqqında qərarın qəbul edilməsinin tələb edirik. 
    
Hörmətlə,
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri  Qafar Çaxmaqlı 
 
Qeyd: Müraciət İrəvan Türk Cümhuriyyəti Millət Şurasının 23 dekabr 2020-ci il toplantısında qəbul edildi.
 
 
 
 
araz.az

araz.az xəbər portalı.