Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov ona sual verən müəllimi dostluqdan çıxarmaqla, “aradan çıxdı”
Astara təhsili yenidən diqqətləri üzərinə cəmləməyə, xüsusi olaraq, fərqlənməyə davam edir; Əlbəttə, yenə mənfi mənada! Belə ki, Təhsil İdarəsinin “kreativ” rəhbəri Rəşad Həsənov, bu dəfə də, qəribə davranışı ilə, gündəmə gəlib. Astara təhsilinin nümunəvi müəllimi Nuranə Həmidovanı, Facebook-da ona sual verdiyi üçün, dostluqdan çıxaran Həsənov “maraqlı” və “unikal” metod “kəşf edib”.
“Gənc Alimlər” təşkilatından araz.az-a daxil olan xəbərə görə, indiyədək 4 dəfə Direktorların İşə Qəbulu imtahanından keçib, müsahibəyə çağrılan və hər dəfə də təhsil rəhbərinin “sehrli çubuğu” ilə direktorluqdan məhrum qalan peşəkar müəllim, bu dəfə dözməyib, üsyan etdi və dostluğundakı təhsil müdirinə ritorik sual verdi. Təhsil müdiri isə, müəllimin çətin sualından “məharətlə” yayındı — onu dostluqdan çıxartdı…
İndiyə qədər şikayətçi rayon sakinlərindən, həmçinin gənc alimlərindən, eləcə də QHT-lərdən və jurnalistlərdən qaçan Rəşad Həsənov, bu dəfə, “qaçış radiusunu” genişləndirərək, artıq müəllimlərdən belə qaçmağa başlayıb! Özünün ictimaiyyətə təqdim etdiyi əlaqə nömrəsini bir neçə həftədir ki, istifadədən çıxaran təhsil müdiri, görünür ki, heç kəsin bilmədiyi gizli nömrədən istifadə edir.
Nə deyək?!. Əhsən, rayon təhsilinin belə rəhbərinə! “Müasir innovasiyalardan” və “kreativ metodlardan” məharətlə istifadə edir!..
Daha əvvəl isə, Rəşad Həsənov ona sual verən QHT nümayəndəsini blok etmiş, sonra blokdan çıxararaq, onunla polemikaya girmiş, sonra isə, onu təzədən bloklamışdır. Daha yaxşı olar ki, bu linklə də tanış olasınız: https://xalqxeber.az/region/52740-astara-rtsh-sedr-emekdashmzla-polemkaya-grb-babr-oldu-foto.html)
araz.az xəbər portalı. P.S. Rayonun gənc alimləri olaraq, Rəşad Həsənova bir tövsiyyəmiz var; Bəy, mütləq “Görünməz Adam” (Hollow Man) filminin qəhrəmanına müraciət edib, o sehrli iksiri əldə edin! Beləliklə, daha əlavə səy və narahatçılığa ehtiyac olmadan, istədiyiniz adamdan qaçın, istədiyiniz adama görünün. Hətta Təhsil İdarəsini də birdəfəlik görünməz edin. Onsuz da, indi karantindir, hər kəs evinə çəkilib, kiminsə xəbəri olmaz…
P.P.S. Maraqlıdır, görəsən, bundan sonra Rəşad bəy daha kimlərdən qaçacaq? Deyəsən, təhsil şöbəsinin rəhbəri “böyük marafona” hazırlaşır və hələlik məşq edir…
MÜƏLLİFDƏN:
Nuranə Həmidovanın Rəşad Həsənovun “aradan çıxmasına” səbəb olan həmin o statusunu heç bir şərh vermədən diqqətinizə çatdırırıq:
araz.az xəbər portalı.