liparityan

Ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalır, əks təqdirdə çantalarını yığaraq harasa köçməli olacaqlar.

araz.az  Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Liparityan deyib.

Onun fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli olaraq baxan bir hökumət formalaşmalıdır:

“Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır, çünki bu, təhlükəsizliyi təmin edir. Mövcud siyasətin qorunub saxlanacağı təqdirdə nifrət və qorxu dominantlıq edəcək. Əgər bu iki əsas hiss analiz olunmasa, onlar Ermənistanın strategiyasının əsasını təşkil edəcək. Hazırda qorxu erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır”.

Liparityan inanır ki, qonşularla münasibətləri normallaşdıraraq, birbaşa Azərbaycan və Türkiyə ilə danışıqlar apararaq, onları başa düşmək və nəyə görə “yox” cavab verdiklərini dərk etmək lazımdır:

Bu, sizə (Ermənistana – red.) düşməninizlə deyil, qonşunuzla ünsiyyət qurduğunuz və onun problemlərini anladığınıza dair bir inam hissi verəcək”.

O, həmçinin 1988-ci ildə daşnak liderlərindən birinin “Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı qıracaq” sözlərini də xatırladıb:

“Bu durumda Ermənistan heç vaxt müstəqil ola bilməyəcək. Ya onlarla (qonşularla – red.) ünsiyyət qurmağın yolunu tapacaqsınız, ya da çantalarınızı yığaraq harasa getməli olacaqsınız”. 

araz.az xəbər portalı.